Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1679/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, atası X8 ilə birlikdə yaşamışdır. 14.05.2021-ci il tarixdə səhər anası həyacanlı halda onu otağından çağırıb bildirmişdir ki, atası nəsə yuxudan oyanmır, bədəni də soyuqdur. O, otağa daxil olanda bilmişdir ki, atası keçinmişdir. Evdə ikisi olduqları üçün və anasını qorxutmamaq üçün bibilərinə, əmisinə zəng vurub atasının vəfat etdiyini bildirmişdir. Onlar gələndə atası məscidə aparıb yudular və havalar isti olduğu üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhriyar qəbristanlığına aparıb ailəvi yerdə dəfn etmişlər. Onlardan həmin vaxt heç kim ölüm şəhadətnamə istəməmişdir. Lakin bir neçə gün keçəndən sonra ondan soruşanda ki, atası üçün təcili yardım çağırmışlarmı, o, bildirmişdir ki, artıq ölmüş idi deyə niyə həkim çağırmalı idi. Bu səbəbdən o, yaşayış yerləri üzrə poliklinikadan ölümlə əlaqədar arayış ala bilməmişdir. Maraqlı şəxs arayış olmadığı üçün ona atasının ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Atası Bakı şəhəri, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 4A, mənzil 47 yaşamışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi 01.06.1971-ci il təvəllüdlü X3 14.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, atasının ölüm şəhadətnaməsinin əldə edilməsini ona atasını qeydiyyatdan çıxarmaq üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, ərizəçi qohumudur, o hüquqşünasdır, ərizəçinin ailəsinə hüquqi məsələlərlə bağlı yardım edir. May ayının 14-də ona zəng daxil olmuşdur ki, Elşən qəflətən vəfat etmişdir, o, yas mərasimində iştirak etmiş və Elşəni Bakıxanov qəsəbəsində yerləşən qəbristanlığda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin atası ilə yaxın dost olmuş, 2021-ci ilin may ayının 14-də ona zəng daxil olmuşdur ki, Elşən qəflətən vəfat etmişdir, o, yas mərasimində iştirak etmiş və Elşəni Bakıxanov qəsəbəsində yerləşən qəbristanlığda dəfn etmişlər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X8 01.06.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə Tibbi ərazi bölmələrinin İdarəetmə Birliyinin “Bakı şəhər Təcili və X2 Stansiyası” publik hüquq şəxs tərəfindən ünvan ünvanlanmış 26.05.2021-ci il tarixli məktubuna əsasən 01.06.1976-cı il təvəllüdlü X5 adına 14.05.2021-ci il tarixdə BŞT və TTYS-nın “103” xidmətinə çağırış daxil olmamışdır. İş üzrə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19.05.2021-ci il tarixli aktından görünür ki, 01.06.1971-ci il təvəllüdlü X8 15.05.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlığda dəfn olunmuşdur. İş üzrə Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18.05.2021-ci il tarixli məktubundan görünür ki, ona atası X3 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. 01.06.1971-ci il təvəllüdlü X3 14.05.2021ci il tarixdə vəfat etməsi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunduqdan sonra müvafiq qeyd apara bilər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə atası X6 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumu qeydiyyatdan çıxarmaq üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin atası X8 14.05.2021-ci il tarixdə evdə vəfat etmişdir və onun adına həmin tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmamışdır. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 14.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 01.06.1971-ci il təvəllüdlü X3 14.05.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1679/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1679/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver