Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1692/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı X3 (Mustafaev Fakhraddin) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na qarşı əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə üzrə səlahiyyətlər aşılmaqla iştirak etmiş Cavabdeh4 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh1 4Ə-399 reyestr nömrəsi üzrə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, göstərilən müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində, ********** qeydiyyat nömrəsi üzrə verilmiş reyestrdən çıxarışın ləğv edilməsini, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində, ********** qeydiyyat nömrəsi üzrə verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə cavabdehlərdən birinin rəsmi qeydə alındığı ünvan üzrə müraciət etməlidir. İddia ərizəsinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS arayışlarından görünür ki, Cavabdeh3 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 18, mənzil 190, digər Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Naxçıvan MR, Ordubad rayonu, Nüsnüs kəndi qeyd edilmişdir. Digər Cavabdeh4 ünvanı ünvan 5cəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Cavabdeh1 hüquqi ünvanı ünvan 7cəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mustafayev Fəxrəddin Yusif (Mustafaev Fakhraddin) oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi qeydə alındığı ünvan üzrə məhkəməyə müraciət etməlidir. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilə bilər Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1692/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1692/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver