Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1695/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs kimi qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs kimi qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X1 ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1947-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır, mərhum yoldaşı ilə eyni ünvanda yaşamışlar. Mərhum həyat yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixində qeydiyyatda olduqları və daimi yaşadıqları ünvan 3 ünvanda dünyasını dəyişmişdir. Ölüm faktı BŞT və X10 Stansiyası tərəfindən həmin gün xx.xx.2023-cü il tarixində qeydə alınmış və ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Tərəfindən Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsinə müraciət olunmuş və imtina məktubu verilərək məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, mərhum yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X1 ölüm faktı məhkəmə qaydasında (elan) təsdiq olunmalıdır. Mərhum həyat yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X1 ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/16-5/7/15/929/23 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı 03392385 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1948-ci ildə ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 26 Bakı Komissarları rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 131195 nömrəli, 31 dekabr 1968-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X5 arasında nikah 31 dekabr 1968-ci il tarixdə bağlanmış, 1052 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada «Əhmədova» soyadı verilmişdir. İş materiallarında olan X7 X4 xx.xx.2023-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə X2 X10 üçün çağırış qəbul olunmuş, Bakı şəhəri, B.Sərdarov küçəsi, ev 10, m 36 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 1281 nömrəli, 02 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X3 (xx.xx.1948-xx.xx.2023) Bakı şəhəri, X9 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 1-ci sektorunda dəfn olunmuşdur. İş materiallarında olan məzar fotoşəkilindən görünür ki, qəbir daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1948-ci il təvəllüdlü X1 adı, soyadı və ata adı qeyd olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1948-ci ildə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1948-ci il təvəllüdlü həyat yoldaşı X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1948-ci ildə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci ildə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1695/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1695/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver