Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1713/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişin təsdiqi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişin təsdiqi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Hal-hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyğun gəlmir və bir yerdə yaşamırlar. Aralarında böyük narazılıqlar olduğuna görə bundan sonra ər-arvad münasibətləri yaratmaq və bir yerdə yaşamaq qeyri-mümkün oduğundan və aralarında olan nikah formal xarakter daşıdığına görə nikahın pozulması, uşağın onun yanında saxlanılması və aliment tələbi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesi zamanı aparılan danışıqlar nəticəsində aralarında razılıq əldə olunmuş və mediasiya barışıq sazişi imzalanmışdır. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən X10 ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 38 saylı nikah akt qeydinin pozulması üçün məhkəməyə müraciət etmək, birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması razılığına gələrək, X10 birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-dan 20-dək təqdim etdiyi bank və ya kart hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin tarixdən artıq 3 ay keçməsinə baxmayaraq, hələ də X10 tərəfindən ona heç bir vəsait ödənilməmişdir. Bu barədə bir neçə dəfə xatırlatsa da ona hər hansı konkret cavab vermir. X10 bu davranışı və bütün hərəkətləri ilə göstərir ki, onun könüllü olaraq aralarında bağlanmış barışıq sazişini icra etmək niyyəti yoxdur. X11 ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 6-cı bəndinə əsasən, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçiin məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin sazişin 8-ci bəndinə əsasən, sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakılar barədə razılığa gəldilər: 1. X1 və Maraqlı şəxs xx.xx.2014-cü il tarixində Cəlilabad RİHB-nin Sabirabad kənd ƏDÜN-yi Sabirabad kəndi 38 №-li nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər. 2. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası X4 himayəsində saxlanılsın. 3. Maraqlı şəxs tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, 250 (iki yüz əlli) manat olmaqla alimenti X5 ödənilməsini öz öhdəsinə götürür. 4. Alimentin hesablanması xx.xx.2024-cü il tarixindən başlayacaqdır. 5. Aliment hər ayın 10-dan 20-dək tərəfin təqdim etdiyi bank və ya kart hesabına ödəniləcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-973/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə İddiaçı arasında Cəlilabad RİHB-nin Sabirabad kənd ƏDÜN-yi tərəfindən qeydə alınmış 24 noyabr 2014-cü il tarixli, 38 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər İddiaçı (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.
2. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası X4 himayəsində saxlanılsın.
3. Maraqlı şəxs tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, 250 (iki yüz əlli) manat olmaqla alimenti X5 ödənilməsini öz öhdəsinə götürür.
4. Alimentin hesablanması xx.xx.2024-cü il tarixindən başlayacaqdır.
5. Aliment hər ayın 10-dan 20-dək tərəfin təqdim etdiyi bank və ya kart hesabına ödəniləcəkdir. Ərizəçi İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova