Məhkəmə qərarları › İş №2(009)-174/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-174/2021

11.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-174/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə iddiaçının, onun nümayəndəsi-vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı «daşınar əşya və pul» tələbinə dair ilkin, qarşılqılı iddia üzrə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “zərər” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «daşınar əşya və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən obyektin qarşısında olan torpaq sahəsində quraşdırılmış attraksion, daş pilitələr, uşaq sürüşmə qurğusunun, elektrik və su qurğularının, digər aksessuarların yarı hissəsinin naturada alınaraq onun mülkiyyətinə verilməsi, naturada alınması mümkün olmadıqda həmin avadanlıqlara və bağı abadlaşdırılmasına çəkilmiş 122,336 manat pul vəsaitinin yarı hissəsinin, yəni 61,168 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə biznes ortağı kimi 2010-2014-cü illərdə şərikli işlər görmüşdürlər. Cavabdehin təklifi ilə iddiaçı anasının mülkiyyətində olan “Şah Sarayı” restoranının bir hissəsini ona satmışdır. Sonradan bağın abadlaşdırılmasına, bağda müxtəlif əyləncə vasitələrinin alınması üçün pul xərcləmişdirlər. Bir müddət cavabdehlə şərikli biznes işləri davam etsə də sonradan yaranan fikir ayrılığına görə onlar birgə işgüzar fəaliyyətlərini dayandırmışdırlar. Hazırda bağ sahəsindən cavabdeh istifadə edir. O, hesab edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən attraksion və digər daşınar əşyaların üzərində iddiaçının da mülkiyyət hüquqları vardır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən obyektin qarşısında olan torpaq sahəsində quraşdırılmış attraksion, daş pilitələr, uşaq sürüşmə qurğusunun, elektrik və su qurğularının, digər aksessuarların yarı hissəsinin naturada alınaraq onun mülkiyyətinə verilməsi, naturada alınması mümkün olmadıqda həmin avadanlıqlara və bağı abadlaşdırılmasına çəkilmiş 60,000 manat pul vəsaitinin yarı hissəsinin, yəni 30,000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Eyni zamanda iddiaçı X3 cavabdeh İddiaçı qarşı «zərər» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 122,336 manat zərərin və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvədə olan 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kvm ölçüdə torpaq sahəsinin İddiaçı və X5 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 kvm ölçüsündəki torpaq sahəsinin İddiaçı və X5 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin ərazidə 4560 kvm ölçüsündəki torpaq sahəsinin İddiaçı və X5 hesabına əvvəlki vəziyyətinə gətirilərək torpaq sahəsinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlərin öz hesablarına sökülməsi, həmin ərazidə 4560 kvm ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus attraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İstinad edilən məhkəmə qətnaməsi ilə də müəyyən edildiyi kimi ilk iddiaçının qanunsuz hərəkətləri nəticəsində ümumi sahəsi 4560 kvm sahədən ibarət torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış abadlaşdırma işləri məhv edilmiş, quraşdırılmış attraksionlar, qurğular, avadanlıqla istifadəyə yararsız hala salınmış, nəticədə ona 122,336 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, hər iki iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, hər iki iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kvm ölçüdə torpaq sahəsinin İddiaçı və X5 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 kvm ölçüsündəki torpaq sahəsinin İddiaçı və X5 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin ərazidə 4560 kvm ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus attraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədə eyni zamanda qeyd edilmişdir ki, İddiaçı və X9 mübahisəli torpaq sahəsini qanunsuz olaraq hasara alıb üzərində tikinti-söküntü işləri aparmış, bu zaman Cavabdeh tərəfindən abadlaşdırılmış torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Torpaq sahəsində Cavabdeh tərəfindən quraşdırılmış attraksion sökülmüş, aparılmış abadlıq işlərinə zərər vurulmuşdur. Gənc şəhəri Kəpəz rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, X6 şahid qismində ifadə verərək bildirmişdir ki, tikinti xərcləri “Şah Sarayı” restoran kompleksinin qarşısında yerləşən parkın abadlaşdırılmasına, karusel və uşaq sürüşmə sisteminin alınmasına və digər işlərinə xərclənən xərclər X1 şəxsi pulu və onun payına düşən gəlirlərdən xərclənmişdir. İddiaçı həmin yerlərə xərc çəkməmişdir. X6 və X7 tərəfindən tərtib olunmuş 06.04.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, X1 mülkiyyətində olan Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsinin şimalşərq tərəfində yerləşən, ümumi sahəsi 433,6 kv.m təşkil edən qeyri-yaşayış binasının ətrafındakı 4560 kvm torpaq sahəsində X3 tərəfindən 122,336 manat dəyərində quraşdırılmış attraksionlar, aksessuarlar, avadanlıqlar, elektrik, suvarma qurğuları və aparılmış abadlıq işləri, həmin torpaq sahəsinin İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilib qanunsuz tikinti işlərinin aparılması zamanı dağıdılmış, nəticədə ümumi dəyəri 122,336 manat dəyərində quraşdırılmış attraksionlar, aksessuarlar, avadanlıqlar, elektrik, suvarma qurğuları istifadəyə yararsız vəziyyətə salınmış, aparılmış abadlıq işləri dağıdılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən 1 mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kv.m ölçüsündəki torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində yerləşdirilmiş attraksionlar, avadanlıqlar, elektrik və suvarma qurğuları X1 şəxsi vəsaiti hesabına əldə edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə attraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının ərizəsində qeyd etdiyi hallar iş materialları və təqdim olunmuş sübutlar ilə öz təsdiqini tapmadığından ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia münasibətinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki-Prosessual Məcəllənin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Qeyd olunan hüquq normalarına istinad edərək məhkəmə qeyd edir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və hazırda icra mərhələsindədir. Hazırki halda qarşılıqlı iddia tələbinin təmin olunması həmin qətnamənin icrasını lüzumsuz edə bilər ki, belə olan halda məhkəmə qətnaməsinin icrasının məcburiliyinə xələl gələ bilər. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçının ərizəsində dəyərinin tutulmasını xahiş etdiyi avadanlıqların öz yerinə qaytarılması və ərazinin bərpa olunması məhkəmə qətnaməsi ilə hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdehə həvalə edildiyi, habelə məhkəmə qətnaməsinin icrası məcburi olduğu üçün qarşılıqlı iddia tələbinin təmin olunması Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsinin icrasına manelər yarada biləcəyindən qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki işdə hər iki iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar