Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1799/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” X3rşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” X3rşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1955-ci il təvəllüdlü həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi xx.xx.1978-ci il tarixdə xx.xx.1955-ci il təvəllüdlü X6 ilə nikaha daxil olmuşdur. Rəsmi nikahdan 5 övladı anadan olmuşdur. Qızları ailə həyatı qurduqdan sonra oğlu ilə birlikdə Səbail rayonu, Badamdar yolu, ev 91, mənzil 3-də yaşayır. Həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı Təcili və X11 Stansiyası tərəfindən Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum Qusar rayonu, Cibir kənd qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsilə bağlı rəsmi şəkildə Ədliyyə Nazirliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət olunsa da, bunun mümkün olmadığı bildirilmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması məqsədilə xx.xx.1955-ci il təvəllüdlü X1 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəyə uyğun izahat verərək, bildirmişdir ki, o işdə olan zaman anası zəng edib atasının yerə yıxıldığını deyib. Atası heç vaxt xəstə olmayıb, olsa da səhhəti barədə şikayət etməmişdir. Sadəcə mədəsində problem var idi. Evə tez çatıb atasının nəbzini yoxlayanda nəbzi artıq dayanmış, dodaqları göyərmiş və dili də qatlanmışdır. Yolda olarkən təcili tibbi yardıma da zəng edib. O, çatandan 10 dəqiqə sonra təcili tibbi yardım gəlmişdir. Tibbi yardım gələn zaman atası artıq vəfat etmişdir. xx.xx.1955-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş 3 saylı Bakı “ASAN xidmət” X5 nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ünvan 1 ünvanında yaşayır. Ərizəçi qapı qonşusudur. O, çox yaxşı insan idi. Heç vaxt xəstə olmamışdır. Hər zaman bir-birlərinə gediş-gəliş edirdilər. Evdə olan zaman səs-küy eşidib bayıra çıxıb. Gedib görüb ki, təcili yardım da oradadır. X6 artıq vəfat etmişdir. Yas məclislərində iştirak etsə də ölüm səbəbini bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, vəfat edən şəxs qayınatasıdır. Mədəsində xəstəliyi var idi. Başqa xəstəliyi yox idi. İşdən çıxıb evə gedəndə artıq o, vəfat etmişdir. Təcili tibbi yardım da orada idi. Həkimlərin dediyinə görə vəfat etməsinin səbəbi ürək çatışmazlığı olub. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını, şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 07778918 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli, 0469 nömrəli məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:20-də “103” xidmətinə ünvan 2 ünvanından 66 yaşlı X1 adına çağırış daxil olmuş və çağırışı 19 saylı bölmənin həkimi Həmzəyeva G. icra edərək, ünvanda “Həkimə qədər kişi cinsli meyit” qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı qeyd edir ki, ərizəçi mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün 3 saylı Bakı “ASAN xidmət” X8 müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin həyat yoldaşı X1 adına xx.xx.2022-ci il tarixdə saat 16:20-də “103” xidmətinə çağırış olmuş, həkimlər gələnə kimi X6 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 01 sentyabr 1955-ci il təvəllüdlü X1 30 iyun 2022-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 91, mənzil 3 (ünvan 3 ünvanında vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 sentyabr 1955-ci il təvəllüdlü X1 30 iyun 2022-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 91, mənzil 3 (ünvan 3 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1799/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1799/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver