Məhkəmə qərarları › İş №2(009)-1813/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1813/2024

25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1813/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və 2 nömrəli Şəhər Poliklinikası cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi və 2 nömrəli Şəhər Poliklinikası cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun 09 avqust 2024-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1979-cu il təvəllüdlü X8 09 avqust 2024-cü ildə uzun sürən xəstəlikdən sonra ev şəraitində vəfat etmişdir. Oğlu ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmuşlar. Oğlu X1 rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Dağüstü 1” qəbirstanlığında, rəhmətə getmiş digər ailə üzvlərinin (babası, atası və digərləri) yanında 10 avqust 2024-cü il tarixində dəfn olunmuşdur. Mərhuma yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular yas mərasimində iştirak etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün sənədləri toplamaq məqsədi ilə ilk olaraq Təcili və X6 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsi ilə ərazi üzrə qeydiyyatda olduqları 2 saylı Şəhər Poliklinikasına müraciət etdi, ölüm faktına dair tibb müəsisəsinin müvafiq sənədinin verilməsini xahiş etdi. Təəssüf ki, poliklinika lazımı ölüm faktına dair tibb müəsisəsinin müvafiq sənədini verməkdən imtina etdi. Daha sonra xx.xx.2024-cü il tarixində Bakı şəhər Səbail rayon X10 və X6 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsi ilə müraciət etdi. Səbail rayon Qeydiyyat Şöbəsi də ölüm haqqında şəhadətnaməni verməkdən imtina etdi və əsaslandırdı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəsisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Hansı ki, ona bu sənədi verməli olan 2 saylı Şəhər Poliklinikası verməkdən imtina edir. Belə olan təqdirdə oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün onun yeganə yolu məhkəməyə müraciət etmək olur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin və 2 nömrəli Şəhər Poliklinikasının nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1956-cı ildə anadan olmuşdur. İş materiallarında olan XXİ-JQ 263655 nömrəli, xx.xx.1998-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1979-cu ildə anadan olmuşdur, atası X7, anası X2r. İş materiallarında olan AA5574225 0XZKDOL nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9, xx.xx.1979-cu ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 3-16-5/7-521/15 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 2 nömrəli Şəhər Poliklinikasının 15 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü X9 həqiqətən də, o, Bakı ŞTT və TYS-sı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş arayışa əsasən Bakı şəhəri, S.Rəhimov küç., 185, mən. 603-də vəfat etmişdir. Vəfat edən şəxsin 2 nömrəli Şəhər Poliklikasına müraciəti və ambulatov kartası olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 5 Noli qərarına əsasən poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadtənamənin verilməsi imkan xaricindədir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli, 1074 nömrəli Bakı şəhəri Yasamal Bələdiyyəsinin arayışından görünür ki, X9 (xx.xx.1979-xx.xx.2024) Bakı şəhəri, X17 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Tibbi Ərazi Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2024-cü il tarixdə, 20:55 radələrində, ünvan 4 ünvanında 45 yaşlı X9 adlı kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu X5 09 avqust 2024-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X5 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 05 fevral1979-cu il təvəllüdlü X4 09 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar