Məhkəmə qərarları › İş №2(009)-1845/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1845/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1845/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X14 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2012-ci ildə həyat yoldaşı Türkiyə sərhədini keçərək Suriya Respublikasına getmişdir. Daha sonra 0, 2013-cü ildə uşaqları ilə birlikdə həyat yoldaşının yanına getmişdirlər. X5 orada İŞİD terror təşkilatına qoşularaq döyüşlərə qatılmışdır. 2014cü ilin avqust ayının 8-də Suriyanın Homs vilayətində terror nəticəsində vəfat etmişdir. Ərizəçi uşaqları ilə birlikdə Azərbaycan Respublikasının Suriya Respublikasındakı səfirliyinin köməkliyi ilə Azıabaycan Respublikasına gətirilmişdir. Hazırda uşaqları onun himayəsindədir. Lakin maddi imkansızlıq ucbatından uşaqların tələbatını qarşılaya bilmir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPMnın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ № 297546 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 19 noyabr 2004-cü il tarixdə nikaha daxil olmuşlar. Vİİİ-ЖГ № 325979 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 may 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. AZ-İV № 789103, AZ-İİ № 364402 və AZ-İİ № 063004 doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 ilə Ərizəçi birgə nikahından 12 fevral 2015ci il təvəllüdlü X3, 12 dekabr 2009-cu il təvəllüdlü X13 və 26 mart 2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)-2479/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X7 Suriya Respublikasında doğulması faktı müəyyən edilmişdir. Qətnamədən görünür ki, ərizəçi Bakı şəhəri Səbail rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası ərizəsində göstərmişdir ki, X1 onu da qeyd etmişdir ki, oğlu X8 2013-cü ildə işləmək adı ilə ailəsi ilə birlikdə Türkiyə Respublikasına yollanıb, daha sonra naməlum səbəbdən Suriya Respublikasına keçmiş, uzun müddət ərzində onlar barəsində məlumat əldə edə bilməmişdir. S.Manafovanın dediklərinə görə oğlu evli olarkən Bşir Bəyən adında suriyalı qadınla qeyri-rəsmi nikaha daxil olub, bu nikahdan Ömər adında oğlu anadan olub. Simuzər Manafovanın gəlini Ərizəçi bildirmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X7 atası X5 və anası Suriya vətəndaşı Bşir Bəyən dağıntılar altında qalaraq vəfat etmişlər. Həmin məhkəmə araşdırması zamanı şahid qismində ifadə verən X1 bildirmişdir ki, oğlu Cəmil uşaq dünyaya gələnədək bomba partlamasından həlak olmuşdur. Səbail rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilir ki, X4 ölümü barədə akt qeydi aşkar edilməmişdir. 29 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə vermişdir ki, ərizəçi onun anası, X5 isə atasıdır. Ailədə 7 uşaqdırlar. Təxminən onun 8 yaşı olanda atası dünyasını dəyişmişdir. Həmin zaman hamısı ailəlikcə Suriyada yaşayırdılar. Atası Suriyada dəfn olundu. Anası tərəfindən təqdim edilən video görüntüdən də görünür ki, dəfn edilməzdən öncə atasının görüntüsünü çəkiblər. O özü də həmin görüntünü görüb və görüntüdə olan onun atası X5 idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasını tərk etdikdən sonra Suriya Respublikasına getmişdir. O, həmin vaxt Suriya Respublikasında gedən döyüşlərə qatılmış və döyüşlər nəticəsində orada həlak olmuşdur. Qeyd olunanlar eyni zamanda işdə olan Səbail rayon Məhkəməsinin 2(009)-2479/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də öz təsdiqini tapır. Beləliklə məhkəmə qeyd edir ki, xx.xx.1981-ci il təvəllüdlü X4 ölmüş elan edilməsi üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və AR MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X5 ölmüş elan edilsin. X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar