Məhkəmə qərarları › İş №2(009)-1855/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1855/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1855/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili R.Q.Qəniyevanın iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X5 xx.xx.1974-cü ildə rəsmi qaydada nikaha daxil olmuşdur. Birgə nikahlardan üç övladları anadan olmuşdur. Əri X9 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində özünün düzəltdiyi qayıqla Xəzər dənizinə çıxmış və həmin vaxtdan ona məlum olmayan səbəblərdən itkin düşmüşdür. xx.xx.2009-cu il tarixdə əri X6 tapılması üçün Azərbaycan Respublikası Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinə müraciət etsə də, axtarış nəticə verməmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin xx.xx.2012-ci il tarixli məktubu ilə ona ərinin axtarışı davam etdirildiyi bildirilmişdir. Ərizəsi əsasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2546/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.1947-ci ildə Abşeron rayonunun Altı Ağac kəndində anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Hal-hazırda əri X6 adına olan birgə nikah dövründə əldə olunmuş əmlakın özəlləşdirilməsinə ehtiyac yaranmışdır. 14 ilə yaxındır ki, onun axtarışı nəticə verməmiş, dənizdən meyiti belə aşkara çıxarılmamışdır. Vərəsəlik işinin açılması üçün onun ölüm haqqında şəhadətnaməsinə ehtiyac yaranmışdır. Müvafiq qeydiyyat şöbəsi isə şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsinin təqdim etdiyi halda ölüm haqqında şəhadətnamənin verə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1947-ci il təvəllüdlü əri X6 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili X3 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi həmçinin göstərmişdir ki, həmin hüquqi faktın müəyyən edilməsi ərizəçiyə həyat yoldaşına order əsasında verilmiş bağ sahəsinin özəlləşdirilməsi üçün lazımdır. Bunun üçün Həsən Əliyevin ölüm şəhadətnaməsi tələb olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşı oğludur. Bibisinin həyat yoldaşı Həsən Əliyev 2009-cu ilin fevral ayında qayıqla dənizə çıxmış, geri qayıtmamış, bununla bağlı müvafiq orqanlara xəbər verilmiş, vertolyot axtarışa cəlb edilmiş, lakin Həsən Əliyevin cənazəsi tapılmamışdır. Həmin vaxtdan 14 il müddət keçməsinə baxmayaraq Həsən Əliyevin varlığı barədə hər hansı məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, X4 dostudur. 2009-cu ildə Oqtayın bibisini əri Həsən Əliyevin dənizdə batmasını eşitmiş, onun meyidinin axtarışı gəmi və vertolyot vasitəsi ilə həyata keçirilsə də tapılmamış, bugünədək ondan hər hansı məlumat yoxdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Bakı şəhəri «Səadət sarayı» tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə X2 arasında xx.xx.1974-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 766 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2546/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1947-ci ildə Abşeron rayonunun Altı Ağac kəndində anadan olmuş X9 xəbərsiz itkin düşmüş hesab edilmişdir. İş üzrə xx.xx.1989-cu il tarixli 5 nömrəli order əsasında X7 Bakı Sovet İcraiyyə Komitəsinin 11/632 saylı xx.xx.1988-ci il tarixli qərarı əsasında Nardaran qəsəbəsində 0,12 ha 688/7 saylı bağ sahəsi verilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi ilə X9 arasında xx.xx.1974-cü ildə nikah bağlanılmış, Həsən Əliyev xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində özünün düzəltdiyi qayıqla dənizə çıxmış və həmin vaxtdan hal-hazırki vaxtadək ondan məlumat yoxdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2(009)-2546/2012 saylı qətnaməsi ilə xx.xx.1947-ci il təvəllüdlü X9 xəbərsiz itkin düşmüş hesab edilmişdir və həmin vaxtdan da hal-hazırki vaxtadək ondan hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, X6 ölmüş elan edilməsi ərizəçiyə həyat yoldaşına order əsasında verilmiş bağ sahəsinin özəlləşdirilməsi üçün onun ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmə X6 yaşayış yerindən 14 ildən yuxarı müddət ərzində məlumatın olmamasını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun itkin düşmüş hesab edilməsini və həmin vaxtdan 10 ildən yuxarı müddət keçməsini, şahid ifadələri ilə bu halın təsdiq edilməsini nəzərə alaraq hesab edir ki, ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 02 iyul 1947-ci il təvəllüdlü X9 ölmüş elan edilsin və onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. X12 X1 Aktlarının Qeydiyyatı kitabında onun ölməsi barədə qeydiyyatın aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar