Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1866/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs arasında xx.xx.2024-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq olunması və hazırkı ərizənin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi və maraqlı şəxs xx.xx.2009-cu ildə nikaha daxil olub və onların nikahından xx.xx.2010-cu ildə Orxan, xx.xx.2013-cü ildə Osman adlı uşaqları doğulub. Ailə münasibətləri pozulduğu üçün ərizəçi maraqlı şəxsə göndərdiyi nikahın pozulması, uşaqların ananın himayəsində qalması, uşaqla ünsiyyət, aliment və əmlakın bölünməsi barədə mediasiya təklifi göndərməklə mediasiya prosesinə başlayıb və Bakı 8 saylı Mediasiya Təşkjlatında aparılan mediasiya porosesində onlar arasında xx.xx.2024-cü ildə barışıq sazişi bağlanıb. Həmin sazişə əsasən:
1. Tərəflər nikahın pozulmasına dair qarşılıqlı razılığa gəliblər;
2. Onların nikahından doğulmuş uşaqlar anası Ərizəçi yanında (himayəsində) saxlanılır;
3. Ərizəçi uşaqların atası Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razılığını bildirib və buna şərait yaradacağını öhdəsinə götürüb;
4. Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq hər uşağa görə 235 manat olmaqla, ayda cəmi 470 manat alimenti hər ayın sonuncu günü ödəməyi öhdəsinə götürüb;
5. Maraqlı şəxs mülkiyyətində olan (daşınmaz əmlakın dövlət reyestr № **********28-05301- 093085) ünvan 1 (yeni qaydalarla: AZ1119. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 223, M9, mənzil 2) Ərizəçi mülkiyyətinə keçir, Maraqlı şəxs bu mənzilə mülkiyyət hüququndan imtina edib və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürüb;
6. "xxxx" MTK ilə Ərizəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Ərizəçi adına alınmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-2387-ci məhəllə, giriş B, mərtəbə 8, mənzil 78 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 63.69 kv.metr olan mənzil Ərizəçi mülkiyyətində qalır, Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edib, gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürüb;
7. Ərizəçi adına alınmış ** LA *** nömrəli nəqliyyat vasitəsi Ərizəçi mülkiyyətində qalır, Maraqlı şəxs nəqliyyat vasitəsinə olan hüququndan imtina edib, gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürüb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2159/2024 №li qətnaməsi ilə Ərizəçi iddiası təmin olunaraq tərəflərin nikahı pozulub. Maraqlı şəxs etirazını onunla əsaslandırmışdır ki, həmin Barışıq sazişinin 3-cü bölməsi (3.1, 3.2 və 3.3-cü bəndləri) aşağıdakı mülahizələrə görə qüvvədə olan Qanunvericilik aktlarının tələblərinə uyğun deyil və onun qanuni maraqlarına ziddir. Əvvəla, barışıq sazişinin 3.1-ci bəndinə əsasən Ərizəçi mülkiyyətinə verməyi təklif etdiyi ünvan 1 ünvanında (yeni qaydada: AZ1119, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 72,10 m2 olan mənzil onların birgə mülkiyyətində deyil, onun öz mülkiyyətində olmuşdur. Belə ki, həmin mənzil o, Rusiya Federasiyasında yaşayan zaman, Aynurla nikaha daxil olandan 3 il əvvəl, 20 iyun 2006-cı il tarixli müqavilə ilə bacısı X1 tərəfindən, dəyəri müqavilə bağlanan zaman tam ödənilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmışdır. Sonradan həmin bina "xxxx" Mənzil-Tikinti Koperativinin sərəncamına keçmiş və bacısı Reyhan Əmrahova "xxxx" MTK ilə 15 mart 2018-ci il tarixdə həmin mənzilin alınması barədə müqaviləni yeniləmiş və dəyərini tam məbləğdə kooperativə ödəmişdir. Daha sonra bacısı X1 həmin mənzili ona bağışlamış və o, mənzilə dair xx.xx.2020-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********18-05301-093085 olmaqla öz adına çıxarış almışdır. Qeyd olunanlardan göründüyü kimi, həmin mənzil ər-arvad olaraq onunla Aynurun birgə mülkiyyətində deyil, onun mülkiyyətindədir. İkincisi, barışıq sazişi bağlanan zaman Aynur onu aldadaraq bildirmişdir ki, “onsuz da evlər və maşın ailənin ehtiyacı üçündür, uşaqlarındır. Sən onları mənim adıma keçir, nikahımızı da pozmayaq, birgə yaşayaq”. O da ərizəçinin bu sözlərinə inanmış və onunla razılaşmışdır. Əslində, həmin vaxt nikahın pozulmasını o tələb edirdi. Mediasiyadan sonra onlar doğrudan da barışıb, təxminən 5-6 ay ər-arvad kimi birgə yaşamışlar. O, güman edirdi ki, boşanma və mediasiyanın təşəbbüskarı o olmuşdur və hesab edirdi ki, o, məhkəməyə müraciət etməsə məsələ bitəcək. O, o qədər aldanmış və yanılmışdır ki, hətta barışıq sazşini diqqətlə oxumamışdır. Sadəcə mediator sazişin məzmununu ona ümumi şəkildə izah etmişdir. Sonradan görmüşdür ki, mediasiya üçün o müraciət etsə də 1-ci tərəf kimi Aynur göstərilir. Boşanmanın təşəbbüskarı o olsa da sazişdə boşanma üçün məhkəməyə müraciət etmək ona yox, Aynura tapşırılır. Üçüncüsü, barışıq sazişi bağlanması ərəfəsində keçmiş həyat yoldaşının ona qarşı rəftarı onu o qədər sarsıtmışdı, tarazlığını elə pozmuşdu ki, o, sarsıntıdan intihar etmək qərarına gəlmişdi. Fikirləşirdi ki, bir halda o, olmayacaq, heç olmasa uşaqları ondan sonra rahat yaşasınlar. Fikrini cəmləşdirə bilmirdi, hər şeyə fərqsiz yanaşırdı, dünyadan əlini üzmüşdü. Belə bir vəziyyətdə, təbii ki o, yanılmış, barışıq sazişinin nəticələrini düzgün dərk etməyərək, özünü çıxılmaz vəziyyətə salmışdır. Özünə məxsus olan, habelə birgə mülkiyyətlərində olan mənzili, maşını arvada güzəştə getməklə özünü evsiz-eşiksiz etmiş, özü-özünü küçəyə atmışdır. Təbii ki, ağlı başında olan adam belə sazişi imzalamazdı. Ərizəçi ilə onun arasında xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 3-cü böməsinin (3.1, 3.2 və 3.3-cü bəndlərinin) təsdiq edilməsindən imtina edilməsi və həmin hissədə ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, çıxarışı olan mənzillə bağlı məsələnin maraqlı şəxsin bacısının, yəni 3-cü şəxsin marağına toxunduğunu, hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə olduğunu bildirərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü böməsinin təsdiq edilməsindən imtina edilməsi və o hissədə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, 2.1. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 bu saziş imzalandığı andan uşaqların mənafeyini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaq məqsədi ilə anası birinci tərəf Ərizəçi himayəsində (yanında) qalır. 2.2. Ərizəçi təsdiq edir ki, uşağın atası ilə maneəsiz ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. 2.3. İbrahimov Maraqlı şəxs Aynur Rüfət qızı ilə birgə nikahdan olan övladları X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq birinci tərəf Ərizəçi hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək. 3.1. Bu sazişlə tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs xüsusi mülkiyyətindəki ünvan 1, yeni qaydalarla: AZ-1119, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 72.10 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətinə keçir. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan mülkiyyət hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********28-05301-093085). 3.2. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 2 (bir) otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür ("xxxx" MTK və Ərizəçi arasında 11 oktyabr 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə). Həmin mənzilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. 3.3. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş nəqliyyat vasitəsi birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(059)-2159/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2009-cu il tarixində bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə maraqlı şəxsin “çıxarışı olan mənzillə bağlı məsələnin maraqlı şəxsin bacısının, yəni 3-cü şəxsin marağına toxunması və hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə olması, buna görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü böməsinin təsdiq edilməsindən imtina edilməsi və o hissədə ərizənin baxılmamış saxlanılmasına” dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda barışıq sazişi qüvvədədir və tərəflər iddia icraatı qaydasında əmlakın bölünməsini və ya barışıq szişini mübahisələndirməmişlər. Bundan başqa, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla: AZ-1119, ünvan 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə, bu barışıq sazişi bağlanılan zaman qeyd edilən mənzil Maraqlı şəxs mülkiyyətində olmuşdur. Buna görə də, məhkəmə maraqlı tərəfin bununla bağlı dəlillərini əsaslı hesab etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin. 2.1. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 bu saziş imzalandığı andan uşaqların mənafeyini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaq məqsədi ilə anası birinci tərəf Ərizəçi himayəsində (yanında) qalır. 2.2. Ərizəçi təsdiq edir ki, uşağın atası ilə maneəsiz ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. 2.3. İbrahimov Maraqlı şəxs Aynur Rüfət qızı ilə birgə nikahdan olan övladları X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq birinci tərəf Ərizəçi hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək. 3.1. Bu sazişlə tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs xüsusi mülkiyyətindəki ünvan 1, yeni qaydalarla: AZ-1119, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 72.10 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətinə keçir. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan mülkiyyət hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********28-05301-093085). 3.2. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür ("xxxx" MTK və Ərizəçi arasında 11 oktyabr 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə). Həmin mənzilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. 3.3. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş nəqliyyat vasitəsi birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova