Məhkəmə qərarları › İş №2(009)-1878/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1878/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1878/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi X1 Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 1983-cü ilin 20 oktyabr tarixində Ordubad rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, X6 anası olur. X12 17 dekabr 1982-ci il tarixində anadan olmuş və təxminən 1983-cü ilin oktyabr ayının 20-si vəfat etmişdir. Həmin dövrdə ölüm faktı rəsmi qeydiyyata alınmamış, ölüm haqqında şəhadətnamə və ya digər sənəd tərtib edilməmişdir. Hazırda bu ölüm faktının hüquqi baxımdan təsdiqinə ehtiyac yaranmışdır. Vərəsəlik, və digər hüquqi məsələlər üçün. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X9 ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Elnur bacısının oğlu olub, 6-7 aylıq idi. 1982-də doğulub, 1983-cü ildə Ordubadda vəfat etmişdir. Onun 11 yaşı olmuş, Elnurla oynamışdır. O, balaca idi, atasıgil Elnuru aparıb dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, ərizəçinin qaynı və xalası oğludur. Elnur 1982-ci ilin dekabr ayında dünyaya gəlmiş, 1983-cü ildə oktyabr ayında xəstəxanada dünyasını dəyişmişdir. Elnuru aparıb rayonun kənar tərəfində, uşaqlar dəfn edilən tərəfdə dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, ərizəçinin xalası oğlu, həm də qaynıdır. Onlar o vaxt Ordubadda yaşamışlar. Elnur 1982-ci ilin dekabr ayında dünyaya gəlmiş, 1983-cü ildə oktyabr ayında xəstəxanada dünyasını dəyişmişdir. Çayın qırağında ayrıca uşaq qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında akt qeydindən görünür ki, 17 dekabr 1982-ci il təvəllüdlü X2 rayonunda anadan olmuş, ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçi X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-915/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 xx.xx.1982-ci ildə Ordubad rayonunda anadan olmuşdur. X12 ərizəçi X3 oğlu olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə oğlunun ölüm faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə, tədqiq edilmiş sübutlara o cümlədən şahidlərin ifadələrinə qiymət verərək hesab edir ki, X6 xx.xx.1983-cü ildə Ordubad rayonunda ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin qohumluq kimi yaxın əlaqəsinin olmasını və buna görə də ərizəçinin ailəsi ilə bağlı baş vermiş hadisə(lər)in onların tərəfindən eşidilməsi və xatırlanması imkanının yüksək olduğunu nəzərə alaraq, şahid ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də ərizəçi X3 xx.xx.1982-ci il təvəllüdlü oğlu X6 xx.xx.1983cü il tarixdə Ordubad rayonunda ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixində Ordubad rayonunda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixində Ordubad rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X6 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar