Məhkəmə qərarları › İş №2(009)-1925/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1925/2020

07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1925/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi atası Yusif Rəhimovun ölüm faktının müəyyən edilməsi barədə ərizə il məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim ilk növbədə qeyd edir ki, ərizə forma və məzmununa uyğun deyil. Belə ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizədə eyni zamanda maraqlı şəxs də göstərilməlidir. Lakin ərizəçi ərizəsində maraqlı şəxs kimi qeydiyyat orqanını qeyd etməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, ərizəçi mübahisənin məhkəmədənkənar həlli qaydasında da riayət etməmişdir. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali MƏhkəməsi Plenumunun xx.xx.2019-cu tarixli 3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən ərizəçi ilk növbədə atasının ölüm faktını təsdiq edən tibbi arayışın alınması üçün ərazi üzrə poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi ölüm haqqında arayışın (tibbi şəhadətnamənin) verilməsindən imtina etdiyi halda ərizəçi ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Bu halda maraqlı şəxs qismində ölüm şəhadətnaməsini verən orqan – qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməlidir. Hakim eyni zamanda qeyd edir ki, AR MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə hakim hesab edir ki, ərizə bu Məcəllənin tələblərinə uyğun olamdığından geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar