Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1928/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi İddiaçı Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İddiaçı Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır qəs, Ə.Vahid 47, mən.3 ünvanında öldüyü faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, bacısı xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2024cü il tarixində vəfat etmişdir. xx.xx.2024-cü il tarixli Sumqayıt Tibb Mərkəzi phş Təcili və X7 Stansiyasının 2 saylı Yardımçı Məntəqəsi tərəfindən verilmiş "Arayış"da qeyd olunur ki, xx.xx.2024cü il tarixdə Abşeron rayonu, Masazır qəs., Ə.Vahid 47, mən.3 ünvanında beyin qan dövranı pozğunluğu, insult, ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Bacısı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Sabunçu Tibb Mərkəzində baş beyin sol yarımkürəsində hemorragik insult, sağ tərəfli hemipareziya, motor afariya, yataq yaraları diaqnozu ilə müalicə almışdır. Bacısı Sabunçu qəbiristanlığında dəfn olunmuşdur. Bacısının dəfn olunmasına baxmayaraq hələ də onun ölüm haqqında məlumatı sistemə əlavə edilməmiş və onun vəfat etdyinə baxmayaraq sistemdə yaşayır kimi qalması qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Odur ki, bunun aradan qaldırılması, bacısının ölümünün qeydə alınması zəruridir. Bu səbəbdən aidiyyatı qaydada Səbail rayon qeydiyyat şöbəsinə nümayəndəsi vasitəsilə müraciət etsə də, xx.xx.2024-cü il tarixli, 3-16- 5/7-465/15 saylı imtina cavabı ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqımda tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. "Bakı Baş Səhiyyə Mərkəzi" phş 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 17 saylı arayışda bildirilmişdir ki, mərhumun e-təbib sistemində təhkim olunmada müraciətinin olmamasına və yuxarıda qeyd edilən vəfat etdiyi ünvan poliklinkanın xidmət ərazisinə aid olmadığı üçün ona ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir. "Ölüm haqqında şəhadətnamə"ni ala bilmədiyi və bunun əsasında müvafiq prosesləri apara bilmədiyi üçün mərhum bacısı X1 ölməsi faktı tanınmalıdır. Bu faktın tanınması onunla bağlı qeydiyyat işlərinin aparılması, mirasla və gələcəkdə yarana bilən məsələlərin həll edilməsi, ən əsası isə onun qarşısında son vəzifəsinin yerinə yetirilməsi üçün zəruridir. Bacısı X4 barəsində ölüm haqqnda şəhadətnamənin başqa qaydada alınması qeyrimümkündür. Onu da qeyd edir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycan Respublikasında qeydiyyatda deyil. Lakin, daha əvvəl Səbail rayon ərazisində yaşamış və sonun dəfə anasının dəfni ilə əlaqədar 1985-ci ildə Bakı şəhərində olanda da bacısının qeydiyyatda olduğu ünvanda yaşamışdır. Odur ki, Səbail Rayon Məhkəməsinə müraciət edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi İddiaçı və maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizəçinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizəni müdafiə etdiyini, məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsini və ərizənin tam təmin edilməsini, maraqlı şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 məxsus AZE 16915559 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci ildə Rusiya Federasiyası, Saratov vilayətində doğulmuşdur. İş materiallarında olan ЭM seriyalı, 120649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan ЭM seriyalı, 120650 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri 2 saylı TTYS-nin arayışına əsasən vətəndaş İddiaçı bacısı xx.xx.1958ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır qəs, Ə.Vahid 47, mən 3 ünvanında beyin qan dövranı pozğunluğu, insult və ürək çatışmamazlığı xəstəliyi diaqnozu ilə vəfat etmişdir. Mərhuma ölüm arayışının verilməsi üçün 2 nömrəli Şəhər Poliklinikasına müraciət ediblər. Təəsüf ki, mərhumun e-tebib sistemində təhkimolunmada müraciətinin olmamasına və yuxarıda qeyd edilən vəfat etdiyi ünvan poliklinikanın xidməti ərazisinə aid olmadığı üçün ona ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-465/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 239 nömrəli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 (ölüm tarixi xx.xx.2024) 18 aprel 2024cü il tarixində “X3”nda dəfn edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X1 xx.xx.1958-ci il tarixində anadan olduğu, xx.xx.2024-cü il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.1958-ci ildə Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuşdur. Ərizəçi İddiaçı xx.xx.1958-ci il tarixdə Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuş atası X5, anası X6muşdur. Başa sözlə, xx.xx.1958-ci il təvəllüdlü X4 ərizəçi İddiaçı bacısı olmuş və ərizəçi hazırda ərizədə göstərdiyi əsaslara görə bacısının ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X1 xx.xx.1958-ci il tarixində anadan olduğu, xx.xx.2024-cü il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 239 nömrəli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 (ölüm tarixi xx.xx.2024) 18 aprel 2024cü il tarixində “X3”nda dəfn edilmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri 2 saylı TTYS-nin arayışına əsasən vətəndaş İddiaçı bacısı xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır qəs, Ə.Vahid 47, mən 3 ünvanında beyin qan dövranı pozğunluğu, insult və ürək çatışmamazlığı xəstəliyi diaqnozu ilə vəfat etmişdir. Mərhuma ölüm arayışının verilməsi üçün 2 nömrəli Şəhər Poliklinikasına müraciət ediblər. Təəsüf ki, mərhumun e-tebib sistemində təhkimolunmada müraciətinin olmamasına və yuxarıda qeyd edilən vəfat etdiyi ünvan poliklinikanın xidməti ərazisinə aid olmadığı üçün ona ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2024-cü ildə Abşeron rayonunda ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə ilk növbədə qeyd edir ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov konvensiyasının 28-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi və ölüm faktının müəyyən edilməsinə dair işlərin baxılmasına, şəxsin sağ olarkən vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir, digər şəxslərə münasibətdə isə şəxsin son yaşadığı yer üzrə ədliyyə müəssisəsi səlahiyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də ərizəçi İddiaçı xx.xx.1958-ci il təvəllüdlü bacısı X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1928/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1928/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver