Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1957/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi X1 (Maraqlı şəxs kimi qeyd edilməklə) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 (Maraqlı şəxs kimi qeyd edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı mərhum X3 ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 9, mənzil 28 qeydiyyatda olmuş X5 onun qardaşı olmuş, 2021-ci ilin oktyabr ayının 28-də ünvan 1 ünvanında vəfat etmişdir. O, qardaşının ölüm haqqında həkim şəhadətnaməsini əldə etmək üçün müraciət etmiş, lakin ona imtina verilmişdir. Belə ki, Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı Baş Səhiyyə X10 Şəxs 5 nömrəli şəhər Poliklinikasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 06 iyul 2022-ci il tarixli 283 nömrəli məktubundan görünür ki, uzun müddət müraciət etmədiklərinə görə, müayinə və müalicə almadığına görə, ölümün səbəbini bilmədiklərinə görə Forma 106 almaq üçün Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. O, qardaşının ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də, şöbənin xx.xx.2022-ci il tarixli məktubu ilə ölüm haqqında həkim şəhadətnaməsinin olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan X9 X6 xx.xx.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə xəstə X4 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 1 ünvanında həkimə qədər ölüm, “kişi” cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçinin nümayəndəsi E.Hüseynova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1131/75 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı Baş Səhiyyə X10 şəxs 5 №-li şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olan X5 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiyimizə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də ərizəçi X1 xx.xx.1978-ci il təvəllüdlü qardaşı X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1957/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1957/2022
04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver