Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1960/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla X4 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025- 00153 nömrəli «Barışıq sazişi»nin 3-cü və 3.1-ci bəndləri üzrə hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 23 sentyabr 2015-ci il tarixdə 3 saylı Bakı «ASAN» xidmət Mərkəzinin qeydiyyat şöbəsində 2166 saylı nikah qeydi ilə cavabdeh Maraqlı şəxs ilə birgə nikaha daxil olmuşdur. Həmin nikahdan 01 avqust 2016-cı il təvəllüdlü oğlu X6 və 08 aprel 2020-ci il təvəllüdlü oğlu X7 dünyaya gəlmişlər. 26 fevral 2025-ci il tarixdə isə o, Maraqlı şəxs ilə aralarındakı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Belə ki, Maraqlı şəxs ilə nikahın pozulması, uşaqların himayəsi və ailment tələbi, atanın uşaqlarla ünsiyyət hüququna dair öz aralarında razılıq olduğundan, «nikahın pozulmasına dair» iddia ərizəsi verilməzdən əvvəl Maraqlı şəxsla aralarında Bakı 9 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00153 nömrəli «Barışıq sazişi» bağlanmışdır. Həmin «Barışıq sazişi»ndə qeyd edilmişdir ki; Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. Tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilməsi məqsədi ilə Tərəflərdən biri müvafiq rayon məhkəməsinə müraciət edəcək. Digər Tərəf nikaha xitam verilməsinə dair iddia tələbini qəbul edir və prosesin uzanmaması üçün adekvat addımlar atacaq; 2. Övladları - X8 və X2 Tərəfin yanında qalacaq; 3. İkinci Tərəf övladları X7 və X1 üçün hər uşağa görə 250 (iki yüz əlli) AZN, ümumilikdə 500 (beş yüz) AZN alimenti Birinci Tərəfə ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz; 3.1. İkinci Tərəf alimenti hər ayın 10-una qədər Birinci Tərəfə bank hesabı vasitəsi ilə köçürəcək. 4. İkinci Tərəf övladları ilə istədiyi vaxt və müddət ərzində görüşə, uşaqları öz yaşadığı evə apara, onlarla orda gecələyə bilər. İkinci Tərəf həftənin 4 günü axşamlar uşaqları ilə vaxt keçirəcək; 5. Uşaqlar Abşeron rayonu Saray qəsəbəsində yaşayacaq, Abşeron rayonu Saray qəsəbəsindəki yaxud Sumqayıt şəhərindəki məktəblərdən birində təhsil alacaq. İkinci Tərəfin razılığı olmadan uşaqlar Bakı məktəblərinə köçürülməyəcək; 6. Uşaqların ölkə xaricinə çıxmaq zərurəti (gəzmək, təhsil almaq, müalicə olunmaq vƏ s.) yaranarsa Tərəflər biri digərinə razılıq (etibarnamə) verəcək; 7. Nikah pozulduqdan sonra Tərəflər bir-birinin şəxsi həyatlarına hər hansı formada müdaxilə etməyəcəklər. Sözügedən barışıq sazişinin şərtlərində qeyd edilən 3-cü və 3.1-ci bənd üzrə öhdəlik Maraqlı şəxs tərəfindən icra edilməli idi. Lakin Maraqlı şəxs bugünə kimi xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00153 nömrəli «Barışıq sazişi» qeyd olunan şərtlərini icra etmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərində qeyd edilən aliment öhdəliyinin icra edilməsi üçün dəfələrlə müraciət edilsə də, sonuncu tərəfindən həmin öhdəlik icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, 3. İkinci tərəf övladları X7 və X1 üçün hər uşağa görə 250 (iki yüz əlli) AZN, ümumilikdə 500 (beş yüz) AZN alimenti birinci tərəfə ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. 3.1. İkinci tərəf alimenti hər ayın 10-na qədər birinci tərəfə bank hesabı vasitəsi ilə köçürəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərti məcburi icrası üçün təsdiq edilsin.
3. İkinci tərəf övladları X7 və X1 üçün hər uşağa görə 250 (iki yüz əlli) AZN, ümumilikdə 500 (beş yüz) AZN alimenti birinci tərəfə ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. 3.1. İkinci tərəf alimenti hər ayın 10-na qədər birinci tərəfə bank hesabı vasitəsi ilə köçürəcək. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova