Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1971/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun bacısı X5 xx.xx.1995-ci il tarixdə rəhmətə getmişdir. Bacısı evdə rəhmətə getmişdir. Həmin vaxt onun 8 yaşı var idi, atası və anası isə bu hadisədən təsirləndikləri üçün bacısının ölüm şəhadətnaməsinin alınması məsələsinə əhəmiyyət verməmişlər. Bacısı vəfat etdikdən sonra onu Badamdar qəsəbə qəbiristanlıqda dəfn etmişlər. Bacısının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona ölümü təsdiq edən sənəd olmadığı üçün bacısının adına ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi göstərmişdir. Bacısının vəfat etməsi faktının müəyyən olunması üçün qeydiyyatda olduğu mənzildən qeydiyyatdan çıxarılması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi bacısı xx.xx.1981-ci il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, mərhum bacısının qeydiyyatda olduğu Nəsimi rayonu ərzisində yerləşən ev satılmışdır, evi alan yeni mülkiyyətçi bacısının ölüm şəhdətnaməsinin surətini istəyir ki, onu qeydiyyatdan çıxarsın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinin və məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin atasıdır. Qızı Sadət xx.xx.1995-ci ildə vəfat etmişdir, Badamdar qəsəbəsində dəfn edilmişdir. Vəfat edərkən başları qarışıq olmuş, tibbi arayış və ölüm şəhadətnaməsi ala bilməmişlər. Qızı Ermənistan Respublikasında doğulduğu üçün Səadət adı Sadət kimi yazılmış, baş daşında isə onun adı Səadət kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin anasıdır. Qızı Sadət xx.xx.1995-ci ildə vəfat etmişdir, Badamdar qəsəbəsində dəfn edilmişdir. Qızı vəfat edən gün həkim çağırılmış, həkim gələrkən qızı artıq vəfat etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X5 xx.xx.1981-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur, atası X3, anası X2r. İş üzrə doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Ərizəçi qızı xx.xx.1986-cı ildə Ermənistan Respublikası Vardenis rayonunun Yuxarı Məzrə kəndində anadan olmuşdur, atası X3, anası X2r. İş üzrə nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki,X3 ilə Köçəriyeva Bəsdi Məşədi qızı arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanılmış, nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş üzrə tibbi kartın çıxarışından görünür ki, X5 xərcəng xəstəliyindən əziyyət çəkirdi və tibbi müəssisəsində müalicə alırdı. İş üzrə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/q-1120/75 saylı məktubdan görünür ki, ona bacısı X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi bacısı X5 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və Badamdar qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi bacısının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə bacısı X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin bacısı X5 xərcəng xəstəliyindən əziyyət çəkmişdir və onun adına xx.xx.1995-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi S.Məmmədova vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X1 xx.xx.1995-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1971/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1971/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver