Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1987/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlamışlar. Bu evlilikdən xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X10 doğulmuşdur. İlk illər münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Ailənin saxlanılması mümkün olmamışdır. Nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1142/2023 saylı qətnaməsi ilə aralarında Saatlı rayonu Məzrəli kəndinin qeydiyyat şöbəsində 01 avqust 2005-ci il tarixdə bağlanmış və 07 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Hazırda övladları onunla qalır və onun himayəsindədir. 2023-cü il tarixində aliment tələbi ilə Mediatora müraciət etdi. Mediasiya prossesi zamanı aparılan danışıqlar nəticəsində aralarında razılıq əldə olundu və X11 imzalandı. Aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən ata Maraqlı şəxs bu evlilikdən dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 ana X1 yanında qalmasına etiraz etməməyi, aliment hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat ata Maraqlı şəxs tərəfindən X2 nəğd formada ödəməyi, alimentin ödənilməsinin sazişin bağlandığı tarixdən ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin bu sazişlə alimentin ödənilməsinin hər ayın 18-i olacaq və nikahın pozulması hissəsinə isə xitam verilmişdir. Lakin həmin tarixdən artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Maraqlı şəxs tərəfindən ona heç bir vəsait ödənilməmişdir. Bu barədə bir neçə dəfə xatırlatsa da, ona hər hansı konkret cavab vermir.Maraqlı şəxs bu davranışı və bütün hərəkətləri ilə göstərir ki, onun könüllü olaraq aralarında bağlanmış Barışıq Sazişini icra etmək niyyəti yoxdur. Qeyd edir ki, cavabdeh onları kirayədə qoyub gedib və onlara hər-hansı mülk verməyib. Hazırda uşaqları ilə birlikdə kirayə mənzildə yaşayır. Ailələrinin dağılmağı adi səbəblərdən deyil, sırf cavabdehin hərəkətləri səbəbindən baş verib. Belə ki, o, spirtli içki düşkünü olub. Ailələrinin dağılmasına başlıca səbəb onun bu “spirtli içki alüdəçiliyi” olmuşdur. Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 6-cı bəndinə əsasən, Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Qeyd olunanlara əsasən mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi X3 və Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan X4 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, sazişin 1-ci bəndinə görə ata Maraqlı şəxs övladları xx.xx.2006-cı il tarixində anadan olmuş X8 və xx.xx.2009-cu il tarixində anadan olmuş X6 ana X1 himayəsində qalmasına etiraz etmir. Sazişin 2-ci bəndinə görə X8 və X7 hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat ata Maraqlı şəxs tərəfindən ana X2 nəgd formada ödəməyi öz üzərinə götürür. İş materiallarında olan AZ-İ 478690 saylı, xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və X4 arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü il 09 ayının 12 günündə 228 nömrə ilə qeyd edilmişdir Nikah pozulduqdan sonra qadına Mehtiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Maraqlı şəxs barışıq sazişinin könüllü qaydada icrasından imtina edir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Ata Maraqlı şəxs övladları xx.xx.2006-cı il tarixində anadan olmuş X8 və xx.xx.2009-cu il tarixində anadan olmuş X6 ana X1 himayəsində qalmasına etiraz etmir. Aliment hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi nəğd formada ödəniləcək. Alimentin ödənilməsi saziş imzalandığı tarixdən hesablansın. Alimentin ödənilməsi hər ayın 18-i olacaqdır. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1987/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1987/2024
16.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver