Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2043/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən mənzildə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qızı X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Uzun müddət “hebefrenik şizofreniya” xəstəliyindən əziyyət çəkmiş və 1-ci dərəcə əlilliyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən mənzildə vəziyyəti qəfildən pisləşmişdir və bu səbəbdən TTY çağırılmışdır. Lakin TTY gələnədək mərhum vəfat etmiş və TTY Stansiyasının həkim briqadası Ərizəçi yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Ölüm haqında tibbi şəhadətnamə almaq üçün qeydiyyatda olduğu 43 saylı şəhər poliklinikasına müraciət etmiş, lakin mərhum qızı X3 qeydiyyat üzrə yaşamamasını və tibbi xidmət göstərilən ərazi poliknikasına müraciat etməməsini səbəb gətirərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, qızı “hebefrenik şizofreniya” xəstəliyindən əziyyət çəkirdi. 1-ci dərəcə əlilliyi müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA4869672 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Xlİİ-ЖГ seriyalı, 335526 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi , ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-16-5/7-15-1154/23 saylı nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 19 saylı X10 Stansiyası xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Səbail rayonu, Salyan şosessi 32 ünvanına xəstə X5 ilə bağlı çağırılmış, 18.07-də ünvana çatmışdır. Çatdıqda həkiməqədər ölüm baş vermiş və qadın cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissyasının xx.xx.2019-cu il tarixli sənədə əsasən şizofreniya paranoid forma, fasiləsiz gedişli, dərin qüsur halı, hərəkət mehdudluğu, nitq pozğunluğu, epilepsiya diaqnozu qoyulan, kənar şəxslərin qulluğuna ehtiyyacı olan X5 müddətsiz birinci dərəcəli əliliyi vardır. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində Salyan yolu 32 ünvanında yaşadığını, ərizəçiylə qonşu olduğunu, ərizəçinin Cəmilə və Gülçöhrə adında qızlarının olduğunu, Gülçöhrənin epilepsiya xəstəsi olduğunu, yeriyə bilmədiyini, ölümün baş verdikdən sonra X10ın gəldiyini, rəhmətə gedərkən orada olduğunu və dəfndə də iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin qızı olmuşdur. X1 qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən mənzildə vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən mənzildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2043/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2043/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver