Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2047/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi atası Yusif Rəhimovun ölüm faktının müəyyən edilməsi barədə ərizə il məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1925/2020 saylı qərardadı ilə Ərizəçi ərizəsi mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunmadığı üçün geri qaytarılmışdır. Lakin ərizəçi Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1925/2020 saylı qərardadında göstərilən nöqsanları aradan qaldırmadan yenidən ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim bir daha izah edir ki, hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən məhkəmə qaydasında müəyyən edilməsi yalnız o halda mümkündür ki, ərizəçi bunun başqa yolla alınmasının qeyri-mümkünlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etsin. Lakin ərizəçi tərəfindən belə bir sübutlar məhkəməyə təqdim edilmədiyindən və bununla da mübahisənin məhkədənkənar həlli qaydasına riayət olunmadığından, ərizə geri qaytarılmalıdır. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2047/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2047/2020
18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver