Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2090/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 (5 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 (5 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsinin maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi belə əsaslandırılmışdır ki, qardaşı X7 xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Belə ki, qardaşı şəkərli diabet və aralıq nahiyyəsinin qazlı qanqrenası xəstəliyindən əziyyət çəkmişdir. Onlar qardaşının halı dəyişən kimi 3 saylı X14 çağırmışlar, lakin 3 saylı Yarıdmçı Stansiyasının həkimləri gələnə kimi qardaşı dünyasını dəyişmişdir. Bu barədə 3 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Qardaşı vəfat etdikdən sonra onu Xırdalan qəbiristanlığında dəfn etmişlər. Qardaşının vəfatetmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona ölümü təsdiq edən sənəd olmadığı üçün qardaşının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X6 ölüm haqqında şəhadətnamənin verilməsi üçün ərizəçinin müvafiq tibbi arayışın alınmasından ötrü səlahiyyətli səhiyyə orqanına şifahi müraciət etdiyini, lakin ona həmin arayışın verilməsindən imtina edildiyini göstərmiş və ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs 5 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş, ata qrafasında X9, ana qrafasında Əliyeva Kəmalə Böyükkişi qızı qeyd edilmişdir. İş materiallarında olan X12 X11 Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə xəstə X3 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 1 mənzil 40 ünvanında aparılmış müalicə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi kişi olan meyit aşkar olunmuşdur. İşə əlavə edilmiş Xırdalan Bələdiyyəsi tərəfindən X4 verilmiş xx.xx.2020-ci il tarixli, 398 nömrəli arayışdan görünür ki, qaynı X7 həqiqətən xx xxxxxxxx 2020-ci il tarixində Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Nəsimi Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1979-cu il tarixdə anadan olmuş, ata qrafasında X9, ana qrafasında Əliyeva Kəmalə Böyükkişi qızı qeyd edilmişdir. İş materiallarında olan Göyçay rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yəhyəzadə soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən X5 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-1548-76 məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973cü il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2090/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2090/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver