Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2103/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2011-ci il tarixdə XX.XX.1925-ci il təvəllüdlü X9 yaşadığı ünvan 1 ünvanında yerləşən evində səhhəti qəflətən pisləşmişdir. Bu səbəblə də dərhal “103” təcili tibbi yardım xidmətinə zəng etmişlər. Lakin X2 və X12 gələnə kimi qəflətən vəfat etmişdir. Təcili və X12 Stansiyası tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi olaraq arayış sahə üzrə poliklinikaya təqdim etməli olması qeyd olunmuşdur. X1 Xırdalan qəbristanlığında dəfn etmişlər. X3 onlarla birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır. O, X1n ölümü ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 3 saylı şəhər poliklinikasına “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi ilə bağlı müraciət etmişdir, lakin mərhumun ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə və mərhumun xəstəliklə bağlı əvvəllər 3 nömrəli şəhər poliklinikasına müraciət etməməsi və ambulator kartasının olmamasına görə “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsindən imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi XX.XX.1925-ci il təvəllüdlü X9 xx.xx.2011-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, anasının Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evi vardır, həmçinin həmin yaşayış yeri üzrə onun qeydiyyatı vardır. Ölüm şəhadətnaməsi anasını qeydiyyatdan çıxarmaq və evin sənədləşdirilməsinin həyata keçirmək məqsədi ilə lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. Həqiqətən Zeynab nənə xx.xx.2011-ci ildə rəhmətə gedib, Xırdalan qəbirstanlığında dəfn olunub və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. Təsdiq edir ki, 2011-ci ildə Zeynab nənə Şəmkirdən Bakıya qızının evinə qonaq gəlmiş, orada xəstələnərək vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğlunun dostudur. Təsdiq edir ki, ərizəçinin anası 2011-ci ilin dekabr ayında rəhmətə gedib və o, yas mərasimində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X14 XX.XX.1925-ci ildə Ermənistan Respublikası Zəngibasar rayonunda anadan olmuşdur. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X6 xx.xx.1952-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, atası X11, anası X15 göstərilmişdir. İş üzrə Təcili və X12 Stansiyasının 3 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsinin surətinə əsasən xx.xx.2011-ci il tarixdə saat 15:26-da ünvan 3 ünvanına X9 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir. İş üzrə Abşeron rayonunun X5 Xidməti Şöbəsinin əməkdaşları X25 (şöbə müdiri), X16 (agent) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktından görünür ki, X14 xx.xx.2011-ci il tarixdə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, anası X9 ölüm haqqında tibbi şəhadətnamə Ərizəçi tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında anasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanı xaricindədir. İş üzrə Azərbaycan Pespublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Bakı Baş Səhiyyə Mərkəzi” X23 1 nömrəli şəhər poliklinikası tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, XX.XX.1925-ci il tarixdə Ermənistanın Zəngibasar rayonunda doğulmuş X9 poliklinikada ambulator kartası yoxdur, poliklinikaya heç bir müraciəti olmamışdır. Bununla əlaqədar olaraq həmin şəxsə ölüm haqqında arayış verilmir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə anası X9 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə anasının qeydiyyatdan çıxarması və evin sənədləşdirilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X9 adına xx.xx.2011-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi Z.Abbasova vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X9 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1925-ci il təvəllüdlü X9 xx.xx.2011-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X9 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2103/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2103/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver