Məhkəmə qərarları › İş №2(009)-2147/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2147/2025

10.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2147/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun anası X5 xx.xx.1946cı il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Bilgəh qəsəbəsində vəfat etmişdir. Vərəsəlik işinin açılması üçün şəxsin ölümünü təsdiq edən sənədi təqdim edilməsi zərurəti yaranmışdır. Anasının vəfatı barədə Respublika Təcili və X7 Mərkəzi Sabunçu TTYTS 1 saylı bölməsinin arayışı mövcuddur. S.M.Əfəndiyev adına Bakı şəhəri 2 saylı Poliklinikasının baş həkiminə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir. Lakin ölüm faktı barədə dövlət qeydiyyatı aparılması üçün ölüm haqqında tibbi şəhahətnamə təqdim edilmədiyindən, Səbail rayon Qeydiyyat Şöbəsi onun müraciətini təmin etməmiş və məsələni məhkəmə qaydasında həll etməsini tövsiyə edilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi anası X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, anası xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş, Mərdəkan qəbirstanlığında dəfn edilmişdir. Tibbi şəhadətnamə olmadığından, ölüm şəhadətnaməsini ala bilmirlər. Anasının adında mənzil olduğundan, vərəsəlik işinin açılması üçün bu faktı təsdiq etmək zəruridir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin verdiyi izahatını təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin, onun nümayəndəsinin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. Nənəsi xx.xx.2025-ci il tarixdə Bilgəh qəsəbəsində rəhmətə getmiş, Mərdəkan qəbristanlığında dəfn edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1946-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X4 göstərilmişdir. İş üzrə Təcili və X7 Stansiyasının 1 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətinə əsasən xx.xx.2025-ci il tarixdə saat 09:50-də Bakı şəhəri, Bilgəh qəsəbəsi, 5ci dalan, bağ evi ünvanına X3 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Bakı Baş Səhiyyə Mərkəzi” X21 2 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1946-cı il təvəllüdlü X1 qəsəbəsi dalan 5 bağ evində xx.xx.2025-ci il tarixdə vəfat etdiyinə görə ona ölüm arayışı verilməsi barədə müraciətə baxılmış, Bakı şəhəri Böyük qala 24 (ünvan ticarət obyektidir) ünvanında qeydiyyatda X9 ambulator kartasına əsasən müayinə və müalicə ilə bağlı 2010-cu il tarixdən 2 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığı, xx.xx.2025-ci il tarixdə Sabunçu TTYS-nin, ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən həkimə qədər ölüm, qadın cinsli meyid rəyi verildiyinə görə Ə.M.Əliyevaya ölüm haqqında həkim arayışının verilməsi imkan xaricindədir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ona anası X2 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə anası X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik işinin açılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X3 adına xx.xx.2025-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi X5 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X3 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar