Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2153/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 25 sentyabr 1948-ci il təvəllüdlü X1 04 iyul 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi anası X3 04.07.2021 -ei il tarixdə rəhmətə getmişdir. Onun halı dəyişən kimi 19 saylı X10 çağırmışlar, lakin 19 saylı Yardım Stansiyasının həkimləri gələnə kimi X3 dünyasını dəyişmişdir. Bu barədə 19 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Anası vəfat etdikdən sonra onu Mehdiabad qəbiristanlığında dəfn etmişik. Ərizəçi vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət edilmişdir, lakin qeydiyyat şöbəsi 14.07.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün anasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 33 nömrəli şəhər poliklinikasına müraciət etmiş lakin oradan ona arayışla bildirmişlər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, anası yüksək təzyiqdən əziyyət çəkirdi. Həmin günü səhər anasının otağına keçmiş, səslədikdə anası cavab verməmişdir. Bu zaman onun qışqırığına oğlu otağa gəlmişdir. Dərhal təcili tibbi yardım çağırmışlar. Təzyiqdən başqa xəstəliyi olmamışdır. Poliklinikada qeydiyyat olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, X3 onun nənəsi idi. Anası zəng edərək, nənəsinin cavab vermədiyini bildirmiş, qaynanası ilə birlikdə anası evinə getmişdir. Təcili tibbi yardım və polis də orada olmuş, ölümün səbəbini müəyyən etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X6 izahat verərək bildirmişdir ki, Şəfiyeva Tərlan qudasının anası idi. Yüksək təzyiqdən əziyyət çəkirdi. Ərizəçi zəng edərək, anasının cavab vermədiyini bildirdikdə oraya getmişlər, onlar getdikdə artıq dünyasını dəyişmişdi. Təcili tibbi yardım da orada idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçini və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Maraqlı şəxs 14.07.2021-ci il tarixli, 05/Q972/15 saylı məktubundan görünür ki, Ərizəçi 13.07.2021-ci il tarixli müraciətinə belə cavab verilmişdir - Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə " olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin 13.07.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi “ölümün qeydə alınması” haqqında müraciətinə cavab vermişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5. bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. İş materiallarında olan 33 nömrəli Şəhər Poliklinikasının 8 №-li arayışından görünür ki, 04.07.2021-ci il tarixdə TTTYS ( sahə həkimi tərəfindən) verilmiş məlumata əsasən A.İsmayılov 23Z ünvanında vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 13990816 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 25.09.1948-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. İş materiallarında olan X4 Yardım Stansiyası PHŞ Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 04.07.2021-ci il tarixdə saat 11:30-da “103” xidmətinə Səbail rayonu, Arif İsmayılov 23Z ünvanından X1 adına çağırış daxil olmuş və çağırışı 19 saylı bölmənin həkimi Nəcəfova icra edərək, ünvanda X2 “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoymuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı qeyd edir ki, ərizəçi mərhum anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X1 adına 04.07.2021-ci il tarixdə saat 11:30-da “103” xidmətinə çağırış olmuş, həkimlər gələnə kimi X3 vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1 -ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin aətnaməsi iizrə ölümün oevdə alınması cıətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır Qeyd olunan Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 25 sentyabr 1948-ci il təvəllüdlü X1 04 iyul 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 sentyabr 1948-ci il təvəllüdlü X1 04 iyul 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2153/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2153/2021
07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver