Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2177/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü Tağı-X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin oğlu xx.xx.1976-cı il təvəllüdlü X5 oğlu xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Oğlunun ölümü ilə bağlı Qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamənin alınması məqsədilə müraciət etsə də, ona imtina verilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPMnın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 oğlu 29 dekabr 1976-cı il tarixində anadan olmuşdur. TTTYS 19 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd edilir ki, 15 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında Tağı-X3 meyidi aşkar edilmişdir 33 №-li şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1976-cı il təvəllüdlü X5 oğlu xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 23 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, X5 oğlu 15 avqust 2025-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1976-cı il təvəllüdlü Tağı-X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü Tağı-X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X5 oğlu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2177/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2177/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver