Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2192/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixdə anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X5 xx.xx.1985-ci İİ tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 116 saylı evin 27 nömrəli mənzilində qızının vəziyyəti qəfildən pisləşmişdir və bu səbəbdən TTY çağırmışlar. Lakin TTY gələnədək artıq qızı vəfat etmiş və TTY Stansiyasının həkim briqadası ona yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün qeydiyyatda olduğu 33 saylı şəhər poliklinikasına müraciət etdi. X1 poliknikaya xəstəliklə əlaqədar müraciət etməməsi və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilməməsi səbəbindən, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Daha sonra ölüm haqqında şəhadətnamənin verilməsi üçün Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həlli qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1953-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA2946748 1FN93D4 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1985-ci ildə doğulmuşdur. İş materiallarında olan X-JQ 392493 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 fevral 1985-ci ildə anadan olmuş, atası X8, anası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7115/1263 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Tibbi Ərazi Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2023-cü il tarixdə, 01:49 radələrində, ünvan 3 ünvanında 38 yaşlı X6 adlı qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 24 nömrəli Bakı Baş Səhiyyə X13 şəxs 33 No-li Şəhər Poliklinikasının arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə 19 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov 11 b ünvanında qeydiyyatda olmuş xx.xx.1985-ci il təvəllüdlü llyazova İradə Müzəffər qızı vəfat etmişdir.Vəfat etmiş şəxsin 33 № li Şəhər Poiikiinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 № li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 № li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, X2 20 sentyabr 2023-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 01 fevral 1985-ci il təvəllüdlü X2 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2192/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2192/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver