Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-222/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil və ya onun dəyərini alınması və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “avtomobil və ya onun dəyərini alınması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA №238779 qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan Toyota Corolla minik markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılması, həmin avtomobil mövcud olmadıqda avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun cavabdehdən alınaraq ona verilməsi, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan aylıq 700 (yeddi yüz) manat pulun maşın ona təhvil veriləcəyi günə qədər hesablanaraq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixində “ilkin alqısatqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022ci il tarixdə BA №238779 qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan Toyota Corolla minik markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobili bundan sonra Alıcı (ikinci tərəf) Cavabdeh ilə ilkin alqısatqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşlər. Avtomobilin satış qiyməti 17300 (on yeddi min üç yüz) manat müəyyən edilmişdir. Alıcı müqavilənin 2.1-ci bəndində müəyyən edilən pulun 500 (beş yüz) manatını müqavilə bağlandığı anında notariusun bankda açılmış depozit hesabı vasitəsilə, qalan 16800 (on altı min səkkiz yüz) manatını isə bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödəyir. Alıcı qalan 16800 (on altı min səkkiz yüz) manatı 24 (iyirmi dörd) ay müddətində xx.xx.2024-cü ildən başlayaraq hər ay 700 (yeddi yüz) manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsiylə ödəməyi öhdəsinə götürmüşdür. Nəticə etibarilə avtomobil cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Nəzərə çatdırır ki, cavabdeh tərəfdən xx.xx.2024-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam və vaxtında icra edilmir, avtomobili isə ona geri qaytarılmır. Əlavə olaraq bildirir ki, avtomobil cavabdehin istifadəsinə verildiyi tarixdən heç bir ödəniş edilməmişdir. Hal-hazırda cavabdehin ona - bu günə ödəməli olduğu pul məbləği müqavilə üzrə - xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə ödənilməmiş 700 (yeddi yüz manat) təşkil edir. Əlavə olaraq bildirir ki, cavabdehin ilkin ödədiyi 500 (beş yüz) manat pulun 200 (iki yüz) manatı öz xahişi ilə maşının kosmetik cilalanması üçün ona qaytarılmışdır. İddiaçı X2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “ilkin alqısatqı müqaviləsi”nin ləğv edilməsi, ona məxsus olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA №238779 qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan Toyota Corolla minik markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılması, həmin avtomobil mövcud olmadıqda avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun cavabdehdən alınaraq ona verilməsi, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan aylıq 700 (yeddi yüz) manat pulun maşın ona təhvil veriləcəyi günə qədər hesablanaraq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, avtomobilin şəkilləri servisdə çəkilmiş, cavabdeh maşını servisə qoymuşdur. Avtomobili verəndən 27 gün sonra cavabdeh ona zəng edib maşının götürməsinin ona sərf etmədiyini və qaytarmaq istədiyini, o qəbul etmədiyi üçün aparıb maşını servisdə qoyduğunu bildirmişdir. O, maşının polirovkasına görə 200 manat cavabdehin kartına göndərmişdir. Cavabdeh maşını ona təhvil verməmiş, maşını və açarı ustaya vermişdir. Cavabdeh 27 günün pulunu və 200 manatı ödəməmişdir. O, ilkin ödəniş olaraq 500 manat ödəmiş, lakin onun 200 manatını cavabdehə qaytarmışdır. Maşın veriləndə rənglənmiş, saz vəziyyətdə olmuşdur. Cavabdeh maşını ondan saz vəziyyətdə təhvil almışdır. O aparıb maşını özü servisdə yoxlamatdırmışdır və bununla bağlı sənədlər iş materiallarına əlavə edilib. Cavabdeh onun evini də tanıyır, lakin maşını aparıb servisə təqdim etmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, təxminən bir aya yaxın maşını sürmüş sonradan maşının vəziyyəti onun xoşuna gəlməmiş, həmçinin maşını taksi fəaliyyəti üçün almış və taksi fəaliyyəti barədə müvafiq qaydalar dəyişildiyi üçün artıq taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyindən iddiaçıya zəng edib iddiaçıya maşını qaytaracağını bildirmiş, lakin iddiaçı maşını qəbul etməmiş və ondan bütün 17000 manatı alacağını demişdir. O da maşından istifadə etmədiyi üçün müqavilə bağlandıqdan təxminən 25-26 gündən sonra maşını iddiaçının maşın ustasının çalışdığı servisə aparıb qoymuş və orada olan ustanın yanında zəng edib bu barədə iddiaçıya məlumat vermişdir. Eyni zamanda maşının rənglənməsi üçün 200 manatı da ustaya verəcəyini demiş, lakin hazıradək verməmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, tərəfləri tanıyır. İddiaçını uzun müddətdir tanıyır, onun evinin yanında yerləşən avtomobil servisində usta işləyir, maşın cavabdehə verilən ərəfədə cavabdehi tanımışdır. Onların sexi iddiaçının evinin yaxınlığındadır. İş materiallarında olan şəkillərdə göstərilən **-HZ-*** qeydiyyat nişanlı corolla toyota sexə təqdim edilən maşındır. İddiaçı əvvəl rəngləmək üçün maşını oraya gətirmişdir. Cavabdeh ilk dəfə o zaman gəlmiş, maşını götürmüş, lakin növbəti gün zəng edib bir neçə yerdə rəngdə problem olduğunu və bəyənmədiyini bildirmişdir, o isə cavabdehə narahat olmamasını həmin hissələri düzəldəcəyini bildirmişdir. İddiaçı görülmüş işlərin əvəzi olaraq 700 manat ona ödəmiş, lakin 200 manatı qalmışdır. Maşın cavabdehə veriləndən təxminən bir ay sonra cavabdeh maşını gətirib servisə qaytarmışdır. Bundan sonra heç kəs pulu ödəməmişdir. Maşını da gəlib götürməyiblər. Maşının açarı ondadır, zəhmət haqqını kim ödəyəcəksə ona maşını qaytaracaq. Maşınla maraqlanan yoxdur, akkumulyator ölüb, təkərləri buraxıb. Təxmini 5 aydır ki, maşın servisdədir. Cavabdeh maşını götürdüyü kimi ona təhvil vermişdir. Onun yanında cavabdeh iddiaçıya zəng edib maşını təhvil götürməsini demişdir və 200 manat ödəyəcəyini bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, cavabdeh maşından ona narazılıq etməmişdir. Ancaq öncə olan rəng problemi ilə bağlı məsələ olmuşdur. Cavabdeh maşını qaytardıqdan bir müddət sonra o, iddiaçıya zəng etmiş, iddiaçı da maşının onu maraqlandırmadığını, məsələni cavabdehlə öz aralarında həll etməsini demişdir. 200 manat ona ödənilməmiş, bundan sonra maşın qalmışdır. Həmçinin stop, siqnal, rulyevoy dağılmış, podpres qırılmışdır. O, iddiaçıya zəng edib demişdir ki, vəziyyət belədir. Sonra sexə bir nəfər də gəlib maşının maqnitofonunu oğurlamışdır. Hər dəfə maşına nə olubsa tərəflərə zəng edib demiş, heç kəs yaxın gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 17 sentyabr 2024-cü il tarixli, 177618 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Toyota Corolla minik” markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 2 il müddətinə etibarnamə verilmişdir. - 17 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı və alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixli BA238779 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007, mühərrikin nömrəsi və buraxılış ili 2005 olan Toyota Corolla minik markalı, 77HZ159 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satıcı alıcı ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürürlər. Avtomobilin satış qiyməti 17300 (on yeddi min üç yüz) manat müəyyən edilir. Alıcı 2.1-ci bənddə müəyyən edilən pulun 500 (beş yüz) manatını müqavilə bağlandığı anında notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödəyir, qalan 16800 (on altı min səkkiz yüz) manatını isə bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödəyir. Alıcı qalan 16800 (on altı min səkkiz yüz) manatını isə 24 (iyirmi dörd) ay müddətində yəni ilkin ödəniş tarixi yəni xx.xx.2024-cü ildən başlayaraq hər ay 700 (yeddi yüz) manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. - 17 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı saz vəziyyətdə almış, narazılığı, etirazı yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 17 sentyabr 2024-cü il tarixdə mülkiyyətində olan “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2 il müddətinə cavabdehə idarə etmək üçün vermişdir. 17 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinə əsasən satıcı İddiaçı və alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixli BA238779 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007, mühərrikin nömrəsi və buraxılış ili 2005 olan Toyota Corolla minik markalı, 77HZ159 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satıcı alıcı ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürürlər. Avtomobilin satış qiyməti 17300 (on yeddi min üç yüz) manat müəyyən edilir. Alıcı 2.1-ci bənddə müəyyən edilən pulun 500 (beş yüz) manatını müqavilə bağlandığı anında notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödəyir, qalan 16800 (on altı min səkkiz yüz) manatını isə bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödəyir. Alıcı qalan 16800 (on altı min səkkiz yüz) manatını isə 24 (iyirmi dörd) ay müddətində yəni ilkin ödəniş tarixi yəni xx.xx.2024-cü ildən başlayaraq hər ay 700 (yeddi yüz) manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh avtomobili götürdükdən təxminən 1 aya yaxın vaxt keçdikdən sonra avtomobili iddiaçıya qaytarmaq istədiyini bildirmiş, iddiaçı bununla razılaşmamış, cavabdeh də maşını aparıb iddiaçının tanıdığı avtomobil servisində ustaya vermiş və həmin vaxt iddiaçıya zəng edərək bu barədə ona məlumat vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən hüquqi mövqenin düzgün tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında göstərilmişdir ki, 41. ... müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. 42. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. 43. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş veribvermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tariхli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinə əsasən avtomobil almaqla tərəflər arasında alqı-satqı münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin müqavilə üzrə vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin ləğv edilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçıya məxsus olan “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərini cavabdeh icra etmədiyinə görə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ilkin müqavilə ləğv edilməli və avtomobil iddiaçıya qaytarılmalı, o olmadıqda isə 17000 manat olan dəyəri iddiaçıya ödənilməlidir. Məhkəmə, avtomobilin dəyərinin tərəflər arasında əldə edilmiş razılaşmada 17300 manat qiymətləndirildiyini nəzərə alaraq, iddiaçının bu mövqeyi ilə də razılaşır. Bundan başqa, məhkəmə iddianın “xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan aylıq 700 (yeddi yüz) manat pulun maşın ona təhvil veriləcəyi günə qədər hesablanaraq ona ödənilməsi” hissəsinin də qismən əsaslı və qismən təmin edilməli olması nəticəsinə gəlir. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə avtomobilin satış qiyməti 17300 manat müəyyən edilmiş, ilkin olaraq 500 manat ödənilmiş, qalan 16800 manat isə 24 ay müddətində xx.xx.2024-cü ildən başlayaraq hər ay 700 manat ödəməli olduğu halda, avtomobili təhvil alsa da, öhdəliyini icra etməmiş və iddiaçıya heç bir pul məbləği ödəməmişdir. Lakin, cavabdehin maşını təhvil aldıqdan təxminən 1 ay sonra avtomobili iddiaçıya məlumat verməklə iddiaçının tanıdığı ustaya təhvil verməsi və faktiki olaraq avtomobildən istifadə etməməsi məhkəmə araçdırması zamanı tərəflərin izahatları ilə yanaşı şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə olan halda avtomobilin iddiaçıya təhvil veriləcəyi vaxtadək hər ay odan 700 manat tutulması hissəsində məhkəmə iddianı əsassız hesab edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 500 manat ilkin ödəniş edilmiş, daha sonra iddiaçı həmin pulun 200 manatını təmir xərci kimi cavabdehə qaytarmış, həmin pulun 300 manatı iddiaçıda qalmışdır. Cavabdeh tərəfindən avtomobilin 1 aya yaxın müddət ərzində istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də iddianın bu hissədə yalnız 1 ay üçün 700 manat ödənilməsi əsaslıdır. Məhkəmə idaha əvvəl ödənilmiş puldan 300 manatın iddiaçıda qaldığını nəzərə alaraq hesab edir ki, cavabdehdən 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. (300+400=700) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi ləğv edilməli, İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı qaytarılmalı, avtomobil olmadığı halda, onun dəyəri olan 17000 (on yeddi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 141 (bir yüz qırx bir) manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi ləğv edilsin. İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı qaytarılsın. Avtomobil olmadığı halda, onun dəyəri olan 17000 (on yeddi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 141 (bir yüz qırx bir) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-222/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-222/2025
13.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver