Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2238/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi işə cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası İsmayıl-zadə Rəna Rüfət qızının ölüm vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası İsmayıl-zadə Rəna Rüfət qızı 04 iyul 2022-ci il tarixdə saat 15:50 radələrində yaşadıqları Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli evin 107 nömrəli mənzildə uzun sürən ürək çatışmazlığından vəfat etmişdir. Hadisə yerində Təcili Yardım Xidməti və polis əməkdaşları olmuşlar. Anasının ölümü barədə şəhadətnamənin alınması məqsədi ilə o, 05 iyul 2022-ci il tarixdə ərazilərində yerləşən poliklikaya «ölüm haqqında tibbi şəhadətnamə» alınması üçün müraciət etmişdir. Anası həmin poliklinikada qeydiyyatda olmadığı və orada müalicə olmadığına görə ona ölüm haqqında arayış verilməsindən poliklinikanın rəhbərliyi tərəfindən imtina etmişdir. Həqiqətən də, anası özəl tibbi müəssisəsi olan Mərkəzi Klinik xəstəxanasında müalicə almış, 2021-ci ilin yanvar ayında isə ürəkdən açıq əməliyyat olmuşdur. Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti qeydiyyat qaydası»-nın 8.5-ci bəndinə əsasən «ölüm haqqında tibbi şəhadətnamə» olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Anasının ölümündən sonra vərəsəlik işinin açılmasının, gələcəkdə övladları arasında bölgü məsələsinin meydana çıxa biləcəyini nəzərə alaraq və dövlət orqanı tərəfindən ölüm şəhadətnaməsi verilməsindən imtina edildiyinə görə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Suraxanı rayonu Zıg bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 326 nömrəli arayışda anasının Zıg qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunması göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» Publik Hüquqi şəxs 1 №li şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 162 №-li məktubdan görünür ki, Ü.Hacıbəyov küçəsi ev 18, mənzl 107 ünvanında yaşamış xx.xx.1964-cü il təvəllüdlü X1 1 nömrəli şəhər poliklinikasında ambulator kartası və hər hansı xəs təliyi ilə əlaqədar məlumatları olmadığına görə ölüm haqqında 106 saylı arayışı verilməsi mümkün deyil. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-841/15 saylı məktubdan görünür ki, ona İsmayılzadə Rəna Rüfət qızının ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyasının xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 2 saylı Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2022-ci il tarixdə 16:50 radələrində ünvan 3 ünvanında olarkən orada 58 yaşlı X4 adlı qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 326 nömrəli arayışa əsasən İsmayıl-zadə Rəna Rüfət qızı xx.xx.2022-ci il tarixdə qəbirstanlıqda yer ayrılaraq dəfn olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası isə X5r. İş materiallarında olan İİ-JQ 320054 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və İsmayıl-zadə Rəna Rüfət qızı ilə nikahları pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1996 ildə iyun ayının 20 günündə 181 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mərkəzi klinikanın arayışlarından görünür ki, mərhum X6 özəl tibbi müəssisəsi olan Mərkəzi Klinik xəstəxanasında müalicə almış, 2021-ci ilin yanvar ayında isə ürəkdən açıq əməliyyat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən İsmayıl-zadə Rəna Rüfət qızı xx.xx.1964-cü ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1992-ci ildə anadan olmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İsmayıl-zadə Rəna Rüfət qızının 04 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü İsmayıl-zadə Rəna Rüfət qızının 04 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən İsmayıl-zadə Rəna Rüfət qızının adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2238/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2238/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver