Məhkəmə qərarları › İş №2(009)-2250/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2250/2020

18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2250/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim BağırovaMədinəAğacavadqızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs işə cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1941-ci il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Anasının halı dəyişən kimi X14 çağırmışlar, lakin Yardımçı Stansiyasının həkimləri gələnə kimi anası dünyasını dəyişmişdir. Bu barədə Yardımçı Stansiyasından müvafiq arayış da olmuşdur. Lakin həmin arayış hal-hazırda onda yoxdur. X12 Yardımçı Stansiyasına təkrar ona arayış verilməsi üçün müraciət etdi, oradan ona bildirdilər ki, baş idarəyə müraciət etməlidir, daha sonra o, baş idarəyə müraciət etdi oradan da ona bildirdilər ki, məhkəmə bu barədə sorğu göndərməlidir ki, arxiv sənədlərindən həmin çağırışla bağlı məlumat təqdim oluna bilsin. Anası vəfat etdikdən sonra onu Badamdar qəsəbə qəbirstanlığında dəfn etmişlər. Anasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin qeydiyyat şöbəsi ona tibbi şəhadətnamə olmadığı üçün anasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi ƏləkbərovHafizYunisoğlu ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-417/15 saylı məktubdan görünür ki, ona X3 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/290 nömrəli arayışa əsasən X6 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8, xx xxxxxx 1974-cü ildə anadan olmuş, atası X9, anası isə X4r. İş materiallarında olan 1-JZ 038988 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X1 xx xxxx 1959-cu ildə nikahlarını bağlamışlar. Arvada «Ələkbərova» soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur və ünvan 1 Yat. ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X6 1941-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayonu, Qoşakənd kəndində qeydiyyatdadır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum ərinin vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyətində olan mənzilin satılması zamanı onun həmin ünvanda qeydiyyatda olması ilə yaranan maneənin aradan qaldırılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 1941-ci il təvəllüdlü X3 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar