Məhkəmə qərarları › İş №2(009)-2265/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2265/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2265/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1nun ölməsi faktının müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, mərhum X1 Azərbaycana Bakı şəhərinə onun yanına ünvan 1 ünvanına qonaq gəlmişdir. X1 15.02.2021-ci il tarixdən onun yanında yaşamış və 14.04.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 23.10.1929-cu il tarixdə Ermənistan Respublikası, Meğri rayonu, Əlidərə kəndində anadan olmuş, 1995-ci ildən Rusiya Federasiyasının vətəndaşı olduğu üçün 34 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmamışdır. X1 14.04.2021-ci il tarixdə müvəqqəti yaşadığı ünvan 1 ünvanında ürək çatışmamazlığından vəfat etmişdir. Onun ölümü barədə X12 X9 xəbərdarlıq vərəqi əsasında 34 nömrəli poliklinikaya məlumat verilmiş və çıxarış alınmışdır. Sonradan ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 23.10.1929-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş X2 14.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş АЗ seriyalı, ******* nömrəli, 26 may 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan X12 X9 14.04.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 14.04.2021-ci il tarixdə xəstə X3 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 1 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi kişi olan meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 34 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 22.07.2021-ci il tarixli Ambulator kitabçadan çıxarışdan görünür ki, X4 14.04.2021-ci il tarixdə ünvan 1 ünvanında ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 11 avqust 2021-ci il tarixli, 05/Q-1097/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan X3 məxsus olmuş ******* nömrəli xarici pasportun surətindən görünür ki, o, Rusiya Federasyiasının vətəndaşı olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 23.10.1929-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş X2 14.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 23.10.1929-cu il təvəllüdlü X1nun 14.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 23.10.1929-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş X2 14.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.10.1929-cu il tarixdə Ermənistan (SSR) Respublikasında doğulmuş X2 (X5) 14.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar