Məhkəmə qərarları › İş №2(009)-2296/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2296/2025

15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2296/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əbiyeva (Quliyeva) Sevda Vahib qızının xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin bacısı Əbiyeva (Quliyeva) Sevda Vahib qızı xx.xx.1987-ci il tarixdə keçirdiyi yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarəti almış və aldığı xəsarət səbəbindən xx.xx.1987-ci il tarixdə Bakı şəhərində “Semaşko” adlanan xəstəxanada vəfat etmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Mərhum bacısının ölümünün qeydə alınma faktının müəyyn edilməsində məqsəd mərhum atasından miras qalmış əmlak üzərində vərəsəlik qaydasında payının tam formada müəyyən edilməsidir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət edilsə də, ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, Əbiyeva (Quliyeva) Sevda Vahib qızı onun bacısıdır. Bacısı öz həyat yoldaşı ilə keçirmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən xx.xx.1987-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. 03 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, Əbiyeva (Quliyeva) Sevda Vahib qızı onun əmisi qızıdır. Sevda yol-nəqliyyat hadisəsi keçirmiş və aldığı xəsarətdən xx.xx.1987-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Yas və dəfn mərasimlərində o özü şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: A3 № 507199 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 iyun 1963-cü il tarixdə anadan olmuşdur. Məzar daşının fotoşəklindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X1 xx.xx.1987-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Səbail rayon qeydiyyat şöbəsinin 11 sentyabr 2025-ci il tarixli arayışında qeyd edilir ki, Əbiyeva (Quliyeva) Sevda Vahib qızı barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü Əbiyeva (Quliyeva) Sevda Vahib qızının xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və AR MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü Əbiyeva (Quliyeva) Sevda Vahib qızının xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Əbiyeva (Quliyeva) Sevda Vahib qızı barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar