Məhkəmə qərarları › İş №2(009)-231/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-231/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-231/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 10 yanvar 1963-cü il təvəllüdlü X3 11 noyabr 2021-ci il tarixdlə Daşkəsən rayonunda ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, atası 10 mart 1966-cı il təvəllüdlü X4r. Anası xx xxxxxxxx 1964-cü il təvəllüdlü Nümayəndədır. Valideynləri 11 sentyabr 1984-cü il tarixdə ailə qurmuşlar, 20 avqust 1997-ci il tarixdə isə nikahları pozulmuşdur. X2 11 noyabr 2021-ci il tarixdə Daşkəsən rayonunda vəfat etmişdir. Qeyd edir ki, atası vəfat edən zaman bu barədə təcili tibbi yardıma hər hansı məlumat verməmiş, ölümündən dərhal sonra dəfn edilmişdir. Bu səbəbdən də atasının ölüm faktı təsdiqlənməmiş, elecə də ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə əsasən «ölüm haqqında tibbi şəhadətnamə» olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət edir. Belə ki, mərhum atası ölümündən əvvəl yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmuşdur. Bu isə həmin mənzil ilə bağlı bir sıra hüquqların realizə edilməsində mane olur. Atasının ölüm faktı müəyyən edilmədiyindən mənzildə qeydiyyatda görsənir, bu isə mənzili satmağına imkan vermir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-1513/15 saylı məktubdan görünür ki, ona X3 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan «Bakı Baş Səhiyyə Mərkəzi» Publik Hüquqi şəxsi 33 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 462 nömrəli arayışından görünür ki, Daşkəsən RİHB Kəmərqaya İƏDİN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 №li arayışa əsasən ünvan 3 ünvanda qeydiyyatda olmuş xx.xx.1963-cü il təvəllüdlü X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etmiş şəxs haqqında 33 №-li Şəhər Poliklinikası tərəfindən tibbi arayış verilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Astraxan şəhərinin Kirov rayonunda anadan olmuşdur, X2, anası isə X6r. İş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kəmərqaya İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 35 №-li arayışından görünür ki, X5 atası X1 rayonunun Kəmərqaya kəndində xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AZE 09404932 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8, xx.xx.1963-cü ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* 2 ASPDCS nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə, xx.xx.1964-cü ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan fotoşəkildən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 11 noyabr 2021-ci il tarixdə Daşkəsən rayonunda vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 yanvar 1963-cü il təvəllüdlü X3 11 noyabr 2021-ci ildə Daşkəsən rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar