Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2340/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası qızı xx.xx.1964-cü il təvəllüdlü X10 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Azərbaycanın Qazax rayonunda anadan olmuş atası X15 qəflətən iş yerində vəfat etmişdir. O 39 il idi ki, X14 bosman vəzifəsində işləyirdi. xx.xx.2023-cü il tarixdə atası səhər evdən çıxaraq işə yollanmış, Xətai rayonu ərazisində X6 X19 adına gəmidə qəflətən vəfat etmişdir. Onun heç bir ciddi xəstəliyi olmamışdır. Onun ani ölümü ailələrini sarsıtmışdır. İş yerinə çağrılmış 7 saylı BŞT VƏ TTYS-ni təcili yardım briqadası onun ölümünü təsdiq etmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmişdir. Mərhum Masazır qəsəbəsi ərazisindəki qəbiristanlıqda dəfn olunmuşdur. Onun ölüm faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma başlanılmış və hal-hazırda da davar edir. Onun ölüm səbəbi müəyyən olunmamış, meyitin yarılaraq müayinəsinə icazə verməmişdir. 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda vəfat etmiş şəxsin 33 nömrəli Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə görə və ölümün səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Səhiyyə Nazirliyinin kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı göstərilmişdir. Atasının vəfat etdiyini və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Onun ölümünün qeydiyyata alınması barədə Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X5 müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi və Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumat aşkar edilmədiyinə görə ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Ölüm haqqında şəhadətnamə olmadığı üçün müavinətin alınması və digər hüquqi məsələlər ləngiyir. Özü 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı olmuşdur. Hal-hazırda müharibə veteranıdır və Cəbrayılın, Füzulinin və Şuşanın azad olunması medalları, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. İş materiallarında olan vəsiqələrdən görünür ki, Ərizəçi “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən müharibəsi veteranıdır. İş materiallarında olan AZE 14575895 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan AZ-T seriyalı, 055810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 19 saylı X21 Stansiyası xx.xx.2023-cü il tarixdə Zığ yolu Gəmiqayırma X1 ilə bağlı çağırılmış, 08:30-da ünvana çatmışdır. Çatdıqda həkiməqədər ölüm baş vermiş və kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi Bakı şəhər X18 Hüquqi şəxsi 33 saylı şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışından görünür ki, ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” X9 tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 3-16-5/8-78-3680/2023 saylı nömrəli məktubdan görünür ki, X10 ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında ərizəçinin yaxın dostu olduğunu, hadisə baş verən günü ona zəng edildiyini və onunla birlikdə mərhumun iş yerinə çağırıldığını, atasının ciddi bir xəstəliyinin olmadığını, mərhumun dəfn mərasimində iştirak etdiyini, Masazır qəsəbəsi ərazisindəki qəbiristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 izahatında ərizəçinin döyüş yoldaşı olduğunu, atasının narahatçılığı ilə bağlı zəng gəldiyini və onunla birlikdə oraya getdiyini, mərhumu morqda yuduqlarını, bel nahiyəsindən qaraldığını, mərhumun dəfn mərasində də iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında döyüş ərizəçinin döyüş yoldaşı olduğunu, onun atasının elə də ciddi xəstəliyi olmadığını, onun dəfn mərasimində iştirak etdiyini, Masazır qəsəbəsi ərazisindəki qəbiristanlığında dəfn olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X15 ərizəçinin atası olmuşdur. X15 iş yerində X6 X19 adına gəmidə qəflətən vəfat etmişdir. X2 qəsəbəsi ərazisindəki qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə 3 saylı Bakı “ASAN xidmət” X5 müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü X10 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 yanvar 1964-cü il təvəllüdlü X10 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2340/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2340/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver