Məhkəmə qərarları › İş №2(009)-2377/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2377/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2377/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.2005-ci il tarixində vəfat etməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan anası 1949-cu il təvəllüdlü X5 xx.xx.2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Qohum, qonşular və ailə üzvlərinin iştirakı ilə doğulduğu Sabirabad rayonu, Güdəcühür kənd qəbiristranlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X13 ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçi qapı qonşusudur. O, X5 tanımış, ərizəçinin anası olmuşdur. Yaşlı xanım idi, 2005-ci ildə soyuq havalar vaxtı vəfat etmişdir. Xəstələnib dünyasını dəyişmişdir. O, yasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası xəstələnmiş, 19 oktyabr 2005-ci ildə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 məxsus AZE 01479165 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1949-cu ildə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində doğulmuşdur. İş materiallarında olan ИE seriyalı, 159639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1949-cu il tarixdə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan XVİİİ-ЖГ seriyalı, 303482 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Sabirabad rayonu, Güdəcühür kəndində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan X8 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Torakal KT-dən görünür ki, X3 ağciyərlərdə ocaqlı və həcmli patoloji dəyişikliklər aşkar olunmur. Divararalığının lipamatozu. İş materiallarında olan X18 Endoskopiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli protokoldan görünür ki, X1 yarığı adi formada. Traxeya sərbəst keçirilir. Karina ucbizdir. Pay və seqmentar bronxlar aydın görünür. Şporalar hərəkətli. Selikli qişa diffuz ödemli, hiperemiyalıdır. Selik şəffaf, az miqdarda. Ona bronxit diaqnozu qoyulmuşdur. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7/7u3/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Güdəcühür Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 799 nömrəli arayışdan görünür ki, X5 19 oktyabr 2005-ci il tarixində qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşadığı evdə rəhmətə getmiş və Sabirabad rayon Güdəcühür kəndində yerləşən El Qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X2 1949-cu il tarixində anadan olduğu, 2005-ci il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.1949-cu ildə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində anadan olmuşdur. Ərizəçi xx.xx.1976-cı il tarixdə Sabirabad rayonu, Güdəcühür kəndində anadan olmuş, atası X7, anası X5 olmuşdur. xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi anası X5 olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə anasının ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X2 1949-cu il tarixində anadan olduğu, 2005-ci il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Sabirabad Rayon Güdəcühür Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 799 nömrəli arayışdan görünür ki, X5 19 oktyabr 2005-ci il tarixində qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşadığı evdə rəhmətə getmiş və Sabirabad rayon Güdəcühür kəndində yerləşən El Qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə qeyd edir ki, X5 19 oktyabr 2005-ci il tarixində yaşadığı evdə vəfat etməsi həmçinin məhkəmə iclasında dindirilmiş və ərizəçinin qonşuları olmaqla yas mərasimində iştirak etmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 xx.xx.2005-ci ildə Bakı şəhərində ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin xx.xx.1949-cu il təvəllüdlü anası X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar