Məhkəmə qərarları › İş №2(009)-2464/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2464/2024

25.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2464/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞB/6 - 00464 saylı barışıq sazişinin aliment bəndini təsdiq edilməsi və Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün 2024-cü ilin aprel ayından etibarən hər ay, hər birinə 235 manat olmaqla, ümumilikdə 470 manat aliment haqqının birinci tərəf kimi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində ərizəçi İddiaçı qeydiyyatda olduğu ünvan ünvan 1aqla Suraxanı rayonunun inzibati ərazisinə aiddir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı mülki işin aidiyyət üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Cavabdeh mülki işin aidiyyət üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin: -40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. -44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. -45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. -355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırkı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 40, 44, 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair 2(009)-2464/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar