Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2469/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 may 2025-ci il tarixli, MŞB/6-00826 nömrəli Bakı şəhəri 6 saylı Mediasiya təşkilatının Barışıq Sazişinin 2.4 və 2.5-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Mediasiya Şurası Bakı şəhəri 6 saylı Mediasiya təşkilatının 19 may 2025-ci il tarixli, MŞB/6-00826 nömrəli Barışıq Sazişinə əsasən mübahisə həlli şərtlərinin 2.4 və 2.5 maddələri aidiyyəti üzrə razılaşdırılmamışdır. Belə ki, sözügedən Barışıq Sazişinin qeyd olunan maddələrinin təsdiqlənməsinə ehtiyac yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cari ilin 23 oktyabr tarixində xidməti ezamiyyətdə olacağına görə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcək. Odur ki, bunu üzrlü saymağı xahiş edir. Həmçinin diqqətə çatdırmaq istəyir ki, keçmiş həyat yoldaşıyla yanaşı cari ilin may ayından etibarən o da Dom v Baku, X3, X2 kimi daşınmaz əmlak alqı-satqısı şirkətləri, eləcə də fərdi daşınmaz əmlak agentləri vasitəsilə əmlakın satışı ilə ciddi məşğuldur. Əmlakın satışı ilə bağlı elanlar bina.az internet saytında və müxtəlif sosial şəbəkə səhifələrində mütəmadi olaraq yenilənir və reklam olunur. Əmlakın satış qiyməti keçmiş həyat yoldaşıyla razılaşdırılaraq 2 dəfə (məbləğ olaraq 100,000 AZN) aşağı salınmışdır. Məhkəmə MPM-ə əsasən mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2.4 və 2.5-ci bəndlərindən görünür ki, “İkinci tərəf” qismində çıxış edən Maraqlı şəxs, onun adına rəsmiləşdirilmiş və xüsusi mülkiyyətində olan, birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172.50 m² olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** №-li nömrəli, xx.xx.2022-ci il tarixli “Çıxarışa” əsasən) daşınmaz əmlakda “Birinci tərəf” qismində çıxış edən Ərizəçi 1/2 (yarı) pay hüququna malik olduğunu qəbul edir və həmin əmlakı ən qısa müddət ərzində satmağı, satışdan əldə olunacaq ümumi məbləğin 1/2 (yarı) hissəsini “Birinci tərəf"in adına olan bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. “İkinci tərəf” kimi çıxış edən Maraqlı şəxs onun adına, yəni xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 30.50 m² olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** №-li nömrəli, xx.xx.2024-cü il tarixli “Çıxarışa” əsasən) daşınmaz əmlakda “Birinci tərəf" qismində çıxış edən Ərizəçi 1/2 (yarı) pay hüququna malik olduğunu qəbul edir və onun tam dəyərinin ½ hissəsi olan 25.000,00 (iyirmi beş min) manatı hazırkı “Barışıq Sazişi”nin 2.4-cü bəndində qeyd olunan əmlakın satışından sonra “Birinci tərəf” kimi çıxış ədən Ərizəçi adına olan bank hesabına ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.4 və 2.5-ci bəndləri məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin. 2.4. “İkinci tərəf” qismində çıxış edən Maraqlı şəxs, onun adına rəsmiləşdirilmiş və xüsusi mülkiyyətində olan, birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172.50 m² olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** №-li nömrəli, xx.xx.2022-ci il tarixli “Çıxarışa” əsasən) daşınmaz əmlakda “Birinci tərəf” qismində çıxış edən Ərizəçi 1/2 (yarı) pay hüququna malik olduğunu qəbul edir və həmin əmlakı ən qısa müddət ərzində satmağı, satışdan əldə olunacaq ümumi məbləğin 1/2 (yarı) hissəsini “Birinci tərəf"in adına olan bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. 2.5. “İkinci tərəf” kimi çıxış edən Maraqlı şəxs onun adına, yəni xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 30.50 m² olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** №-li nömrəli, xx.xx.2024-cü il tarixli “Çıxarışa” əsasən) daşınmaz əmlakda “Birinci tərəf" qismində çıxış edən Ərizəçi 1/2 (yarı) pay hüququna malik olduğunu qəbul edir və onun tam dəyərinin ½ hissəsi olan 25.000,00 (iyirmi beş min) manatı hazırkı “Barışıq Sazişi”nin 2.4-cü bəndində qeyd olunan əmlakın satışından sonra “Birinci tərəf” kimi çıxış ədən Ərizəçi adına olan bank hesabına ödəməyi öz öhdəsinə götürür. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2469/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2469/2025
23.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver