Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2577/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 26.10.1990-cı il təvəllüdlü qızı X4 12.12.2020-ci il tarixdə ünvan 1 ünvanda vəfat etmişdir. Onun həmin tarixdə vəfat etməsini çağırılmış Bakı şəhəri Təcili və X1 Stansiyasının (BŞT və TTYS) 8 saylı Bölməsi qeydə alınmışdır. Lakin mərhumun ölməsinə dair tibbi şəhadətnamənin alınması üçün ərazi üzrə 2 nömrəli şəhər poliklinikasına, habelə ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə vaxtına müraciət olunmamışdır. Bir müddət bundan əvvələ adıçəkilən təşkilatlara müraciət etsə də, ona zəruri sənədlərin verilməsindən imtina olunmuşdur. Belə ki, ərizəyə əlavə olunan Bakı Baş Səhiyyə İdarəsinin 2 nömrəli şəhər poliklinikasının 17.09.2021-ci il tarixli 202 No-li cavab məktubunda ona bildirilmişdir ki, “ünvan 1 ünvanda vəfat etmiş 1990-cı il təvəllüdlü X4 2 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olmadığından, poliklinika həkimlərinə müraciət və ambulator kartası olmadığından, poliklinika tərəfindən ölümün səbəbi haqqında hər hansı bir arayışın verilməsi imkan xaricindədir”. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin hazırki ərizəyə əlavə olunan 21.09.2021-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edlilir”. Odur ki, mərhum qızı X2 ölüm haqqında şəhadətnaməsinin alınmasından ötrü onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi zəruri olmuşdur. Ölüm faktının müəyyən olunması və onun əsasında ölüm haqqında şəhadətnamənin alınması ona o məqsədlə lazımdır ki, mərhum qızının iki azyaşlı övladı hazırda onun himayəsindədir. Uşaqlardan birinə doğum haqqında şəhadətnamə, hər ikisinə şəxsiyyət vəsiqəsi alınmayıb. Ataları yol verdiyi qanunazidd əmələ görə azadlıqdan məhrum olunmaqla hazırda məhkumluq həyatını yaşayır. Mərhum qızının böyük uşağını ümumtəhsil məktəbinə yerləşdirməkdən ötrü, habelə ikinci uşağa doğum haqqında şəhadətnamə və hər ikisinə şəxsiyyət vəsiqəsi alınması üçün ananın ölüm haqqında şəhadətnaməsi tələb olunur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Mərhum qızı Ərizəçi 12.12.2020-ci il tarixdə vəfat etməsi Bakı şəhəri Təcili və X1 Stansiyasının (BŞT və TTYS) 8 saylı bölməsi tərəfindən qeydə alınmış və bu barədə ona ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Vəfatının səhərisi gün, yəni 13.12.2020-ci il tarixdə, mərhum qızı Ərizəçi Bərdə rayon qəbirstanlıqda dəfn olunub. Göstərilənlərə əsasən 26.10.1990-cı il təvəllüdlü qızı X2 12.12.2020-ci il tarixdə Bakı şəhərinə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X4 26.10.1990-cı ildə Ağdam şəhərində anadan olmuşdur. İş üzrə 25.12.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən X4 26.10.1990-cı ildə Ağdam şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında Ərizəçi göstərilmişdir. İş üzrə Təcili və X1 stansiyasının 8 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinin kserosurətinə əsasən 12.12.2020-ci il tarixdə saat 22:38-də Bakı şəhəri, İ.İsmayılov, 30 ünvanına X2 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” public hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsinin 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 202 saylı, 17.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında vəfat etmiş 1990-cı il təvəllüdlü X4 2 nömrəli Şəhər Poliklinikasında qeydiyyatında olmadığından, poliklinika həkimlərinə müraciəti və ambulator kartası olmadığında, poliklinika tərəfindən ölümün səbəbi haqqında hər hansı bir arayışın verilməsi imkan xaricindədir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 21.09.2021-ci il tarixli məktubundan görünür ki, ona qızı X2 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkilin kserosurətindən görünür ki, baş daşı üzərində “X3 26.10.1990 – 12.12.2020” yazılar qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi qızının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə qızı Ərizəçi ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhumun uşaqlardan birinə doğum haqqında şəhadətnamənin, hər ikisinə şəxsiyyət vəsiqəsinin alınması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin qızı Ərizəçi adına 12.12.2020-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi Ərizəçi vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 12.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 26.10.1990-cı il təvəllüdlü X2 12.12.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2577/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2577/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver