Məhkəmə qərarları › İş №2(009)-258/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-258/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-258/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Ölüm qaraciyər mədə xəstəliyi olaraq bilinir. Ölüm şəraiti yatdığı yerdə keçinməsi ilə xarakterizə olunur. Mərhum əri uzun müddətdir ki, qaraciyər mədə xəstəliyindən əziyyət çəkirdi. Mərhum ərinin vəfat etməsindən sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün əlaqədar qurumlara müraciət etsə də, qanuni müraciəti cavabsız qalmışdır. Bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyi nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 06715354 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X4 xx.xx.1956-cı ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İİ-İA seriyalı 385393 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında 26 aprel 1990-cı ildə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyasının xx.xx.2023-cü il tarixxli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 3 saylı Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2023-cü il tarixdə 16:34 radələrində ünvan 4 ünvanında olarkən orada 67 yaşlı X4 adlı kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 28 nömrəli 33 No-li şəhər poliklinikasının arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1956-cı il təvəllüdlü X4 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyət Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli, 595 nömrəli Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS-nin arayışından görünür ki, X4 Bakı şəhəri, Elşən İsmayılov küçəsi, ö/t 6 nömrəli evin qeydiyyatında olub. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum həyat yoldaşı X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 25 noyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 noyabr 1956-cı il təvəllüdlü X1 25 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar