Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2588/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə Ərizəçi qızının iştirakı ilə Ərizəçi qızının maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi işə cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi qızı maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11.07.1974-cü il təvəllüdlü X4 09.06.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, onun qardaşı X9 09.06.2006-cı il tarixdə qarın nahiyyəsindən bıcaqla xəsarət alması nəticəsində rəhmətə getmişdir. Qardaşını ölüm şəraiti və səbəbi barədə ərizəsinə qoşma kimi əlavə etdiyi Ağır Cinayətlər dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0880/06 nömrəli, 19 sentyabr 2006-cı il tarixli hökmündə ətraflı qeyd olunmuşdur. Qardaşı vəfat etdikdən sonra onu Badamdar qəbirstanlığında dəfn etmişlər. Qardaşının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi 23.09.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün qardaşının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan 30 mart 1981-ci il tarixli, Vİİİ-JQ 313993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1980-ci ildə Yevlax şəhərində anadan olmuş, atası X6, anası X3r. İş materiallarında olan 28 sentyabr 1973-cü il tarixli, İ-JQ 262013 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X7 ilə 28 sentyabr 1973-cü ildə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra aravada İsmayılova familiyası verilmişdir. İş materiallarında olan 21.09.2021-ci il tarixli, 129 saylı BŞİH MTK 64 İdarə Heyətinin sədri tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi qızı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi qızına ünvanlanmış 23.09.2021-ci il tarixli 05/Q-1283/15 saylı məktubdan görünür ki, ona X4 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli, 300 nömrəli arayışa əsasən 09.06.2006-cı ildə Səbail rayon Badamdar qəsəbəsinin qəbiristanlığında X9 dəfn edilmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsinin 17 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, X11 11.07.1974-cü ildə Yevlax rayonunda anadan olmuşdur. Bu barədə 1974-cü ilin avqust ayının 12-də Yevlax şəhər Qeydiyyat şöbəsi tərəfindən 491 №-li doğum akt qeydi ilə tərtib olunmuşdur. X1, anası X2r. İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 sentyabr 2006-cı il tarixli, A-0880/06 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs X16 09 iyun 2006-cı il tarixdə, saat 20-30 radələrində işlədiyi ünvan 4 ünvanda yerləşən avtomobil təmiri sexində, avtomaşınını təmirə gətirmiş X5, aralarında yaranmış mübahisə və münaqişə zəminində, təmir zamanı əlində işlətdiyi bacıqla qarın nahiyyəsindən bir dəfə vuraraq, ona qarın divarından daxilə keçən, aortanı zədələyən deşilmişzkəsilmiş yara, nazik bağırsaq ilgəklərinin, qarın aortası və venanın hissəvi kəsilmiş yaraları ilə onların kəskin qanitirməsi ilə nəticələnən, ağırlıq dərəcəsinə görə ölümünə səbəb olan həyat üçün təhlükə əlamətlərlə sağlamlığına ağır zərər vurmaya aidə olan xəsarət yetirərək onu qəsdən öldürmüşdür. X16 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum qardaşının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X4 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X9 09.06.2006-cı il tarixdə qarın nahiyyəsindən bıcaqla xəsarət alması nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 09.06.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 11.07.1974-cü il təvəllüdlü X4 09 iyun 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2588/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2588/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver