Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2594/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşının halı dəyişən kimi 3 saylı X8 çağırmışlar, lakin 3 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi əri dünyasını dəyişmişdir. Bu barədə 3 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Əri vəfat etdikdən sonra onu Lökbatan qəbiristanlığında dəfn etmişlər. Ərinin vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərinin adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 33 nömrəli şəhər poliklinikasına müraciət etmiş, oradan ona arayışla bildirmişlər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərinin ölüm faktının müəyyən edilməsi üçün təqaüdünün sənədləşdirilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası Lökbatan qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Şirin kişi rəhmətə gedəndən 2 saat sonra ona məlumat vermişlər. Qonşusu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, yas mərasimində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X4 xx.xx.1948-ci ildə anadan olmuşdur. İş üzrə Bakı şəhəri Nərimanov rayon qeydiyyai şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə Ərizəçi arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 553 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş üzrə Təcili və X2 Stansiyasının 3 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə saat 09:56-da ünvan 2 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə “Bakı Baş Səhiyyə Mərkəzi” X11 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2022-ci il tarixdə TTTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 3 ünvanında yaşamış 1948-ci il təvəllüdlü X4 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasında tibbi qeydiyyatda olmadığına, ölümünə səbəb olaraq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Ərizəçi əri X4 həqiqətən xx.xx.2022-ci il tarixdə Lökbatan qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi ərinin vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə əri X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə təqaüdün sənədləşdirilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin əri X1 adına xx.xx.2022-ci il tarixdə X8 stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi Ş.Əhmədov vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2594/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2594/2022
23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver