Məhkəmə qərarları › İş №2(009)-2629/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2629/2024

28.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2629/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə 28 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Donetsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin atası X6 xx.xx.2016-cı il tarixdə Donetsk şəhərində vəfat etmişdir. X7 respublikasının vətəndaşlıq vəziyyəti orqanları tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamə Azərbaycan Respublikasında tanınmır və qəbul edilmir. Eyni zamanda şəxs Azərbaycan Respublikası vətəndaşı olmadığına görə heç bir poliklinikada qeydiyyatda olmamışdır. Mərhumun mülkiyyətində daşınmaz əmlak mövcuddur. Mərhumun ölümü ilə bağlı vərəsəlik işi açılmalıdır. Atasının ölümü ilə bağlı 1 saylı ASAN Xidmət Mərkəzinə ölüm haqqında tibbi şəhadətnamənin alınması məqsədilə müraciət etsə də, ona imtina verilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-T № 266636 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi atası X3r. ДНР № 034374 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdə Donetsk şəhərində vəfat etmişdir. Məzar fotoşəklindən görünür ki, qəbir daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə vəfat etdiyi qeyd olunmuşdur Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, X6 onun qardaşıdır. O, Donetsk şəhərində vəfat edərkən həyat yoldaşı ona zəng edib məlumat vermişdir. Elşən Donetsk şəhərində də dəfn edilmişdir. Qardaşının məzar daşının düzəldilməsi üçün Ukrayna Respublikasına qardaşının həyat yoldaşına 1000 ABŞ dolları məbləğində pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, X6 onun keçmiş həyat yoldaşı və ərizəçinin atasıdır. 90-cı illərdə nikahları pozulmuşdur. Buna baxmayaraq daim əlaqələri vardı. Sonuncu telefon danışıqlarında Elşən ona səhhətindən şikayətlənirdi. Elşən xx.xx.2016-cı il tarixdə Donetsk şəhərində vəfat edərkən həyat yoldaşı Elşənin bacısına zəng edərək məlumat vermişdir. Elşən Donetsk şəhərində də dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Donetsk şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X6 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar