Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2643/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum anası X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsi ona onun dəfn pulunu almaq üçün, həmçinin gələcəkdə digər sənədləşdirmə işlərini həyata keçirmək üçün lazımdır. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciətinə cavab olaraq ona məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Həmçinin 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli “Ölüm haqqında tibbi şəhadətnamənin verilməməsi” barədə arayışını ərizəsinə əlavə edir. O, mərhum anası X1 oğludur. O, hazırda faktiki olaraq ünvan 2 ünvanında yaşayır və faktiki olaraq həmin ünvanda qeydiyyatdadır. Bununla bağlı AR DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışını ərixəsinə əlavə edir. Həmçinin Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsinin 149 saylı, xx.xx.2025-ci il tarixli mərhum X1 Badamdar qəsəbə qəbristanlığında dəfn edilməsinə dair arayışını ərizəsinə əlavə etmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi mərhum anası xx.xx.1956-cı il təvəllüdlü X1 Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. Həqiqətən təsdiq edir ki, ərizəçinin anası Leyla Xanım xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. Həqiqətən təsdiq edir ki, ərizəçinin anası Leyla Xanım xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Mərhuməni Badamdar qəsəbə qəbirstanlığında dəfn etmişlər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X2 göstərilmişdir. İş üzrə Təcili və X6 Stansiyasının 8 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə saat 03:19-da Bakı şəhəri, Yasamal rayonu, İ.Xəlilov 1 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda qadın cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə 8 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti, ev 14 ünvanında qeydiyyatda olmuş xx.xx.1956cı il təvəllüdlü X2 Yasamal rayonu, İ.Xəlilov 1 ünvanında vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olaraq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhahətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi anası (0352 saylı, xx.xx.2025-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsi) mərhum X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir və Badamdar qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona anası X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə anası X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə dəfn pulunun alınması və vərəsəlik işinin açılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X1 adına xx.xx.2025-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi X2 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2643/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2643/2025
18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver