Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2703/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi X1 tərcüməçiliyi Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, maraqlı şəxslə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Sazişə əsasən maraqlı şəxs birgə nikahdan olan övladların saxlanması üçün hər ayın 10-na kimi aylıq gəlirinin 25 faizi həcmində aliment və Ərizəçi dolanışığının təmin edilməsi üçün hər ayın 10-na kimi aylır gəlirinin 25 faizini Ərizəçi adına olan bank kartına könüllü ödəməyi öhdəsinə götürüb. Lakin maraqlı şəxs ödəmə etməyi dayandırıb. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki: 2.3 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2008-ci il təvəllüdlü Lətif-zadə İsmayıl İlqar oğlunun saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-na kimi aylıq gəlirinin 25 faizi həcmində aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öz öhdəsinə götürür. 2.4 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birinci tərəf kimi çıxış edən Ərizəçi dolanışığının təmin edilməsinin və maddi vəziyyətinin yaxşılaşdırılması üçün xx.xx.2024cü il tarixindən etibarən hər ayın 10-na kimi aylıq gəlirinin 25 faizi həcmində saxlama haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına könüllü surətdə ödəməyi öz öhdəsinə götürür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, məhkəmə icraatı zamanı tərəflər mediasiya mərhələsində barışıq sazişi imzalamışdırlar. Sazişə əsasən Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, Ərizəçi birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü Lətif-zadə İsmayıl İlqar oğlunun saxlanılması üçün hər ayın 10-na kimi aylıq gəlirinin 25 faizi həcmində, Ərizəçi dolanışığının təmin edilməsi üçün hər ayın 10-na kimi aylır gəlirinin 25 faizini Ərizəçi adına olan bank kartına könüllü aliment ödəyəcəkdir. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə könüllü qaydada əməl etməmişdir. Hazırda ərizəçi Barışıq Sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 100 manat ödənilmiş rüsumun əvəzi Maraqlı şəxs ərizəçinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2703/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2703/2025
26.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver