Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2762/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, maraqlı şəxs X4 ilə nikahlarını xx.xx.2022ci il tarixində rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Bildirir ki, ilk vaxtlar münasibətləri normal olsa da, daha sonradan fikirləri uyğunlaşmamış və problemləri çoxalmışdır. Onların ailə münasibətləri tamamilə pozulmuşdur. O, nikahlarının pozulması, əmlak və s. tələblərə dair qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı müraciət etmiş və maraqlı şəxslə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən aralarında olan bütün mübahisələrə dair razılığa gəlmişlər. Barışıq sazişinin 1-ci bəndinə əsasən maraqlı şəxslə aralarında bağlanan xx.xx.2022-ci il tarixli nikah barışıq üçün vaxt verilmədən məhkəmə tərəfindən pozulur. Barışıq sazişinin 2-ci bəndinə əsasən birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş və hazırki günədək qalan 12.300 (on iki üç yüz) manat məbləğində kredit borcunu müştərək qaydada ödəyirlər. Barışıq sazişinin 3-cü bəndinə əsasən “Kredit evi” lombarda olan 5.500 (beş min beş yüz) manat məbləğində borcu müştərək qaydada ödəyirlər. Barışıq sazişinin 3.1-ci bəndinə əsasən qeyd olunan kredit borclarının aylıq ödənişinin əvəzi olaraq İkinci tərəf Birinci tərəfin plastik kart hesabına barışıq sazişi imzalandığı tarixdən hesablanmaqla 39 ay müddətinə hər ay 250 manat məbləğində pul vəsaitini ödəyirlər. Barışıq sazişinin 4-cü bəndinə əsasən barışıq sazişi imzalandığı təqdirdə İkinci tərəf (maraqlı şəxs) özündə saxladığı Birinci tərəfin (mənim) mülkiyyətində olan BMW 528i minik markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini Birinci tərəfə təhvil verməyə dair razılığa gəlmişlər. Barışıq sazişinin 5-ci maddəsinə əsasən maraqlı şəxs ilə bir-birilərinə qarşı heç bir əmlak tələblərinin olmayacağına dair razılığa gəlmişlər. Ərizəçi və maraqlı şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə Ərizəçi və maraqlı şəxs X4 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi ilə X4 oğluarasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, barışıq sazişinin 1-ci bəndinə əsasən maraqlı şəxslə aralarında bağlanan xx.xx.2022-ci il tarixli nikah barışıq üçün vaxt verilmədən məhkəmə tərəfindən pozulur. Barışıq sazişinin 2-ci bəndinə əsasən birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş və hazırki günədək qalan 12.300 (on iki üç yüz) manat məbləğində kredit borcunu müştərək qaydada ödəyirlər. Barışıq sazişinin 3-cü bəndinə əsasən “Kredit evi” lombarda olan 5.500 (beş min beş yüz) manat məbləğində borcu müştərək qaydada ödəyirlər. Barışıq sazişinin 3.1-ci bəndinə əsasən qeyd olunan kredit borclarının aylıq ödənişinin əvəzi olaraq İkinci tərəf Birinci tərəfin plastik kart hesabına barışıq sazişi imzalandığı tarixdən hesablanmaqla 39 ay müddətinə hər ay 250 manat məbləğində pul vəsaitini ödəyirlər. Barışıq sazişinin 4-cü bəndinə əsasən barışıq sazişi imzalandığı təqdirdə İkinci tərəf (maraqlı şəxs) özündə saxladığı Birinci tərəfin (mənim) mülkiyyətində olan BMW 528i minik markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini Birinci tərəfə təhvil verməyə dair razılığa gəlmişlər. Barışıq sazişinin 5-ci maddəsinə əsasən maraqlı şəxs ilə bir-birilərinə qarşı heç bir əmlak tələblərinin olmayacağına dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Maraqlı şəxs barışıq sazişinin könüllü qaydada icrasından imtina etmir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2022-ci il tarixli nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi qısa müddətdə müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2762/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2762/2024
27.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver