Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-320/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 1984-cü il təvəllüdlü X6 13 dekabr 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu 25 aprel 1984-cü il tarixdə anadan olmuş X7 13 dekabr 2024-cü ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt X12 gələnə qədər artıq oğlu vəfat etmişdir. Oğlunu Səbail rayonu Badamdar qəsəbə qəbirstanlığında dəfn etmişlər. Oğlunun ölmünü bütün qonşular və qohumlar da təsdiq edə bilərlər. Oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün 3 saylı Bakı “Asan Xidmət” X4 müraciət etdikdə, həmin şöbədən oğlunun ölümü haqqında akt qeydinin aparılmasından imtina edildi. Belə ki, həmin şöbədən ölüm haqqında tibbi arayış olmadığından faktla bağlı məhkəməyə müraciət etməyi məsləhət görüldü. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8/15-2916/24 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri X2 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 341 nömrəli məktubdan görünür ki, mərhum (0199 tarixli, xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq) X1 rayonu Badamdar qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 19 saylı Bölmənin X12 briqadası, xx.xx.2024-cü il tarixdə, 02:52 radələrində, ünvan 4 ünvanında olarkən orada 40 yaşlı X7 adlı kişinin həkimə qədər öldüyü aşkar edilmişdir. İş materiallarında olan AA0248170 14BC8FY nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 974522 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Əlləzova Rəqsanə xx.xx.2014-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin 07 ayının 18 günündə, 1852 No ilə qeyd edilmişdir. İş materiallarında olan Vİ-297628 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 aprel 1984-cü ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X3r. İş materiallarında olan fotoşəkildən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün 3 saylı Bakı “Asan Xidmət” X4 müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum oğlu X6 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 25 aprel 1984-cü il təvəllüdlü X6 13 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X6 13 dekabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-320/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-320/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver