Məhkəmə qərarları › İş №2(009)-327/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-327/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-327/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, atası X3 xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Atasının halı dəyişən kimi 19 saylı X14 çağırmışlar, lakin 19 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi atası dünyasını dəyişmişdir. Bu barədə 19 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Atası vəfat etdikdən sonra onu Xırdalan qəbiristanlığında dəfn etmişlər. Atasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin nəticə hissəsində qeyd edilən atası X1 doğum tarixinin “xx xxxxxx 1953-cü il” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, atası vəfat etdikdən sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün atasının yaşayış yeri üzrə poliklinikaya müraciət etdiyini, lakin atasının orada qeydiyyatının olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyini nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/69-721 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1953-cü il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Bu barədə Sabirabad rayon Qalağayın kənd İcra Nümayəndəliyində 05 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan X12 X10 19 saylı Yardımçı Stansiyasının xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə xəstə X2 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş Bakı şəhəri, Səbail rayonu, 3-cü Massiv, 38-ci küçə ünvanında aparılmış müalicə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi kişi olan meyit aşkar olunmuşdur. İşə əlavə edilmiş Xırdalan Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2020-ci il tarixli, 468 nömrəli arayışdan və həmin tarixdə tərtib olunmuş aktdan görünür ki, atası X3 həqiqətən xx xxxxxxxx 2020-ci il tarixində Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1982ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 05/Q-885/69 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AC seriyalı, 479659 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Fluence” minik markalı avtomobil X1 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X7 ifadə verərək göstərmişlər ki, onlar ərizəçinin atasının bacanaqlarıdır. Təsdiq edirlər ki, X3 2020-ci ilin sentyabr ayında Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ərizəçinin xalası oğlu olduğunu bildirmiş, şahidlər X6 və X5 izahatlarına uyğun izahat vermişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx xxxxxx 1953-cü il tarixdə Sabirabad rayonu, Qalağayı kəndində doğulmuş X1 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx xxxxxx 1953-cü il təvəllüdlü atası X1 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1953-cü il tarixdə Sabirabad rayonu, Qalağayı kəndində doğulmuş X1 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1953-cü il tarixdə Sabirabad rayonu, Qalağayı kəndində doğulmuş X1 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar