Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-369/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Bakı 15 saylı Mediasiya Təşkilatında həyata keçirilmiş mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində Bakı 15 saylı Mediasiya Təşkilatında həyata keçirilmiş mediasiya prosesi nəticəsində Barışıq Sazişi imzalanmışdır. X2 əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli borcun etirafı haqqında müqaviləsi üzrə yaranmış 10.000 (on min) manat məbləğində əsas borc və 5.000 (beş min) manat məbləğində faiz/dəbbə pulu borcu, ümumilikdə isə 15.000 (on beş min) AZN məbləğində icra edilməmiş borc öhdəliyinin mövcud olduğuna və 10.000 (on min) manat əsas borcu xx.xx.2024-cü il tarixinə kimi 4105 1104 2467 6347 nömrəli karta ödənilməsini təmin etməsinə (ödəniş haqqında qəbz yeganə sübut kimi təqdim olunur) dair razılığa gəlinmişdir. Eyni zamanda, həmin sazişə əsasən, cavabdehin ödəniləcək məbləği lazımınca icra etməməsi və ya vaxtında ödəməməsi sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və ümumilikdə 15.000 (on beş min) manat məbləğində borc tələb olunacaqdır. Bundan əlavə, cavabdeh xx.xx.2024-cü il tarixinə qədər iddiaçıya məxsus 4 (dörd) ədəd skameykanı razılaşdırılmış qayda və rəngdə restovrasiya edərək təhvil verəcəyini öhdəsinə götürmüşdür. Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin şərtlərinə baxmayaraq, Cavabdeh Saziş ilə müəyyənləşdirilmiş əlavə müddət, habelə ondan da keçmiş 4 (dörd) ay ərzində hələ də öhdəliklərini icra etmədiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəşini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, 1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər. 2. Tərəflər bəyan və təsdiq edirlər ki, ikinci tərəfin 8 fevral 2024-cü il tarixli borcun etirafı haqqında müqaviləsi üzrə yaranmış 10 000 manat məbləğində əsas borc və 5 000 manat məbləğində faiz/dəbbə pulu borcu, ümumilikdə isə 15 000 AZN (on beş min) məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 3. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin ikinci bəndində göstərilən 10 000 manat əsas borcu xx.xx.2024-cü il tarixə kimi 4105 1104 2467 6347 nömrəli karta ödənilməsini təmin edir. Və ödəniş haqqında qəbz yeganə sübut kimi qəbul olunur. 4. İkinci tərəf ödəniləcək məbləği lazımınca icra etməməsi (ödəməməsi) və ya vaxtında ödəməməsi sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və Sazişin 2-ci bəndində nəzərdə tutulan, ümumilikdə isə 15 000 AZN (on beş min) manat məbləğində borc tələb olunacaqdır. 5. Birinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndinin icra edilməsi üçün ikinci tərəfə şərait yaradaraq, xx.xx.2024-cü il tarixə kimi ödənilməsinə möhlət verilməsini təmin edir. 6. İkinci tərəf əlavə olaraq öhdəsinə götürür ki, xx.xx.2024 tarixinə qədər Birinci tərəfə məxsus 4 ədəd skameykanı restavrasiya edərək (razılaşdırılmış qaydada və rəngdə) təhvil verəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Müəyyən edilmişdir ki, tərəflər İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək borcun ödənilməsini öhdəsinə götürsə də, sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə də məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.
1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər.
2. Tərəflər bəyan və təsdiq edirlər ki, ikinci tərəfin 8 fevral 2024-cü il tarixli borcun etirafı haqqında müqaviləsi üzrə yaranmış 10 000 manat məbləğində əsas borc və 5 000 manat məbləğində faiz/dəbbə pulu borcu, ümumilikdə isə 15 000 AZN (on beş min) məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.
3. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin ikinci bəndində göstərilən 10 000 manat əsas borcu xx.xx.2024-cü il tarixə kimi 4105 1104 2467 6347 nömrəli karta ödənilməsini təmin edir. Və ödəniş haqqında qəbz yeganə sübut kimi qəbul olunur.
4. İkinci tərəf ödəniləcək məbləği lazımınca icra etməməsi (ödəməməsi) və ya vaxtında ödəməməsi sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və Sazişin 2-ci bəndində nəzərdə tutulan, ümumilikdə isə 15 000 AZN (on beş min) manat məbləğində borc tələb olunacaqdır.
5. Birinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndinin icra edilməsi üçün ikinci tərəfə şərait yaradaraq, xx.xx.2024-cü il tarixə kimi ödənilməsinə möhlət verilməsini təmin edir.
6. İkinci tərəf əlavə olaraq öhdəsinə götürür ki, xx.xx.2024 tarixinə qədər Birinci tərəfə məxsus 4 ədəd skameykanı restavrasiya edərək (razılaşdırılmış qaydada və rəngdə) təhvil verəcək. Ərizəçi İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova