Məhkəmə qərarları › İş №2(009)-37/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-37/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-37/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktya oğlunun katibliyi, İddiaçı X9ın, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X9ın cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ümumi giriş-çıxış yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 3-cü şəxs qismində Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə və sahibliyində olan, "xxxx" MTK-nın ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 155 kv.metr, 100 kv.metr və 80 kv.metr, cəmi 335 kv.metr qeyri-yaşayış sahəsinə ümumi girişçıxış yolunun açılmasına, habelə cavabdeh tərəfindən oxşar hərəkətlərin davam edəcəyi ehtimalını nəzərə alaraq bu hərəkətlərin davam etdirilməsinin cavabdehə qadağan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanmış 30.10.2014-ci il tarixli, 28.02.2016-ci il tarixli və 08.08.2016-ci il tarixli müqavilələrə əsasən ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 155 kv.m qeyriyaşayış sahəsi, əlavə olaraq A-blokunun birinci mərtəbəsinin 100 kv.m qeyri-yaşayış sahəsi və A-blokunun birinci mərtəbəsinin 80 kv.m qeyri-yaşayış sahəsi və cəmi 335 kv.m qeyri-yaşayış sahəsini satın almışdır və bunun üçün 670000 manat pul ödəmişdir və MTK tərəfindən ona maliyyə arayışı və pay alqı-satqı müqaviləsi tərtib edilərək təqdim edilmişdir. Başqa sözlə, həmin qeyri-yaşayış sahəsi üzərində onun istifadə və sahiblik hüququ yaranmışdır. Lakin həmin hüquqlarının həyata keçirilməsinə qonşu sahəni almış Cavabdeh2 maneəçilik törədir. Belə ki, çoxmərtəbəli binanın A-blokunun qeyri-yaşayış sahəsinin giriş-çıxış yolu sahənin ön hissəsində yerləşir. Həmin ön hissə isə Cavabdeh2 tərəfindən satın alınmışdır. Onların hər ikisi həmin giriş-çıxış yolundan daxil olmaqla qeyriyaşayış sahəsi üzərində qanunla müəyyən edilmiş istifadə və sahiblik hüquqlarını həyata keçirirdilər. Lakin təxminən 2021-ci ilin mart ayında Cavabdeh2 istifadələrində olan qeyriyaşayış sahələri arasında divar inşa etdirərək, habelə giriş-çıxış yoluna qapı qoyub qıfıllayaraq onun öz sahibliyində olan qeyri-yaşayış sahəsinə daxil olmağını mümkünsüz etmişdir. Başqa sözlə, ona məxsus qeyri-yaşayış sahəsinə ümumi giriş-çıxış yolundan başqa cür daxil olunması qeyri-mümkündür. Cavabdeh2 tərəfindən aparılan tikintinin dayandırılması barədə iddianın təmin-tədbiri qaydasında 19 mart 2021-ci il tarixdə qərardad qəbul olunsa da, həmin qərardad icra olunmadığından, Cavabdeh2 tikintini tamamlayaraq ümumi giriş-çıxış yolunu tamamilə kəsmişdir. 15 mart 2021-ci il tarixdə iddiaçı X8 məhkəməyə dəqiqləşdirmə barədə ərizə ünvanlayaraq göstərmişdir ki,Cavabdeh1 MTK ilə bağlanmış 30.10.2014-ci il tarixli, 28.02.2016-ci il tarixli və 08.08.2016-ci il tarixli müqavilələrə əsasən ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 155 kv.m qeyri-yaşayış sahəsi, əlavə olaraq A-blokunun birinci mərtəbəsinin 100 kv.m qeyri-yaşayış sahəsi və A-blokunun birinci mərtəbəsinin 80 kv.m qeyri-yaşayış sahəsi və cəmi 335 kv.m qeyri-yaşayış sahəsini mənə satmasını və həmin qeyri-yaşayış sahələrinin giriş-şıxış yerlərinin dəqiq müəyyən olunmamasını nəzərə alaraq, qonşu qeyri-yaşayış sahələri tərəfindən hörgü tikilməsi onun yolunu bağlayır və öz sahəsinə daxil olmağa maneə yaradır və həmin qonşular tərəfindən onlara toxunmasına qadağa qoyulması və qonşu qeyri-yaşayış sahələri tərəfindən hörgü tikilməsinin dayandırılması vacibdi və həmin tikintilər onlara çətinlik yaradır. 26 aprel 2021-ci il tarixdə iddiaçı X8 məhkəməyə dəqiqləşdirmə barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 155 kv.metr, 100 kv. metr və 80 kv. metr, cəmi 335 kv. metr qeyri-yaşayış sahəsini satın almışdır və bununla əlaqədar MTK tərəfindən ona maliyyə arayışı və pay alqı-satqı müqaviləsi tərtib edilərək ona təqdim edilmişdir. Başqa sözlə, həmin qeyri-yaşayış sahələri üzərində onun istifadə və sahiblik hüququ yaranmışdır. Lakin həmin hüquqlarının həyata keçirilməsinə qonşu sahəni almış Cavabdeh2 maneəçilik törədir. Belə ki, çoxmərtəbəli binanın A-blokunun qeyri-yaşayış sahəsinin giriş- çıxış yolu sahənin ön hissəsində yerləşir. Həmin ön hissə isə Cavabdeh2 tərəfindən satın alınmışdır. Onlar hər ikisi həmin giriş-çıxış yolundan daxil olmaqla qeyriyaşayış sahəsi üzərində qanunla müəyyən edilmiş istifadə və sahiblik hüquqlarını həyata keçirirdilər. Lakin təxminən 2021-ci ilin mart ayında Cavabdeh2 istifadələrində olan qeyriyaşayış sahələri arasında divar inşa etdirərək, habelə giriş-çıxış yoluna qapı qoyub qıfıllayaraq onun sahibliyində olan qeyri-yaşayış sahəsinə daxil olmağını mümkünsüz etmişdir. Başqa sözlə, ona məxsus qeyri-yaşayış sahəsinə ümumi giriş-çıxış yolundan başqa cür daxil olunması qeyri-mümkündür. Cavabdeh2 tərəfindən aparılan tikintinin dayandırılması barədə iddianın təmin-tədbiri qaydasında 19 mart 2021-ci il tarixdə qərardad qəbul olunsa da, həmin qərardad icra olunmadığından, Cavabdeh2 tikintini tamamlayaraq ümumi giriş-çıxış yolunu tamamilə kəsmişdir. Lakin onun məhkəməyə verdiyi iddia tələbi Cavabdeh1 MTK-ya qarşı olmuşdur. Hesab edir ki, Cavabdeh1 MTK əsl cavabdeh deyildir. Əsl Cavabdeh2dur. Onun giriş-çıxış yolunu məhz o kəsmişdir. Odur ki, hazırda mülki işə baxılması mərhələsində, habelə məhkəmə baxışı zamanı müəyyən edilmiş hallar əsasında iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də, əsl cavabdeh olmayan Cavabdeh1 MTK-nın əsl Cavabdeh2 ilə əvəz edilməsini, Cavabdeh1 MTK isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini, istifadəsində və sahibliyindən olan, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 155 kv.metr, 100 kv.metr və 80 kv.metr, cəmi 335 kv.metr qeyri-yaşayış sahəsinə ümumi giriş-çıxış yolunun açılmasına, habelə cavabdeh tərəfindən oxşar hərəkətlərin davam edəcəyi ehtimalını nəzərə alaraq bu hərəkətlərin davam etdirilməsinin cavabdehə qadağan olunmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2022-ci il tarixli iclasında iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, mülki işə mahiyyəti üzrə baxılan zaman iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın 25.04.2022-ci il tarixli rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspertiza rəyindən görünür ki, iddiaçı X5 istifadəsində olan qeyri-yaşayış sahəsinə giriş əvvəllər mövcud olmuş, lakin həmin giriş şüşəbənd vasitəsilə bağlanmışdır. Bu işlərin görülməsi isə Cavabdeh1 MTK tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, məhkəmə baxışı gedişində yeni hallar müəyyən edilmişdir. Belə ki, hazırda mülki işə məhkəmə baxışı zamanı müəyyən edilmiş hallar əsasında iddia tələbinin və tərəflərin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq iş üzrə Cavabdeh2 ilə yanaşı ikinci cavabdeh qismində Cavabdeh1 MTK cəlb edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X9 iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mars-A» MTK-nın nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və iddiaya qarşı heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, göstərilən iddianın ona heç bir adiyyəti yoxdur. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan X9 ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2014-cü il tarixli müqavilədən görünür ki, X3 ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın Ablokunun birinci mərtəbəsinin 155 kv.m qeyri-yaşayış sahəsi üçün 310000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 30.10.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 155 kv.m qeyri-yaşayış sahəsinin dəyəri X9 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan X9 ilə Cavabdeh1 arasında bağlanmış 28.03.2016-cı il tarixli müqavilədən görünür ki, X3 ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 100 kv.m qeyri-yaşayış sahəsi üçün 200000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 28.03.2016-cı il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 100 kv.m qeyri-yaşayış sahəsinin dəyəri X9 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan X9 ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2016-cı il tarixli müqavilədən görünür ki, X3 ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 80 kv.m qeyri-yaşayış sahəsi üçün 160000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 08.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsinin 80 kv.m qeyri-yaşayış sahəsinin dəyəri X9 tərəfindən tam ödənilmişdir, MTKya borcu yoxdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10.09.2021-ci il tarixli, 10/3265 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın Ablokunun birinci mərtəbəsində yerləşən iddiaçı X1 məxsus 155 kv.metr, 100 kv.metr və 80 kv.metr, cəmi 335 kv.metr qeyri-yaşayış sahəsinə hazırki mövcud vəziyyətdə binanın həyətindən giriş-çıxış mövcud deyil. Həmin qeyri-yaşayış sahəsinə daxil olmaq üçün binanın hansısa bir hissəsindən giriş-çıxış qapısı açılmalıdır. İş materiallarında olan əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2022-ci il tarixli, 10/6169 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsində yerləşən iddiaçı X9 oğluna məxsus 155 kv.metr, 100 kv.metr və 80 kv.metr, cəmi 335 kv.metr qeyri-yaşayış sahəsinə, mülki iş materiallarının 27-ci səhifəsinə əlavə edilmiş layihə sənədinə əsasən əvvəllər giriş-çıxış yolu mövcud olmuşdur. Həmin giriş-çıxış yolu faktiki olaraq şüşəbənd vasitəsilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıyır. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, qeyri-yaşayış sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüququ yaranmışdır. Lakin həmin hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən maneəçilik törədir. Belə ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2022-ci il tarixli, 10/6169 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın A-blokunun birinci mərtəbəsində yerləşən iddiaçı X9 oğluna məxsus 155 kv.metr, 100 kv.metr və 80 kv.metr, cəmi 335 kv.metr qeyri-yaşayış sahəsinə, mülki iş materiallarının 27-ci səhifəsinə əlavə edilmiş layihə sənədinə əsasən əvvəllər giriş-çıxış yolu mövcud olmuş, həmin giriş-çıxış yolu faktiki olaraq şüşəbənd vasitəsilə bağlanmışdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın, A blokunun birinci mərtəbəsində iddiaçı X6 məxsus olan 155 kv.m, 100 kv.m və 80 kv.m qeyri-yaşayış sahəsinə əvvəllər mövcud olmuş və sonradan şüşəbənd vasitəsilə bağlanmış giriş-çıxış yolu cavabdeh Mars-A» Mənzil Tikinti Kooperativinin vəsaiti hesabına şüşəbənd sökülməklə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan, məhkəmə tikinti-texniki ekspertizasının 10/3265 saylı, 10 sentyabr 2021-ci il tarixli və əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/6169 saylı, 25 aprel 2022-cü il tarixli rəylərindən aydın olur ki, aparılmış tədqiqatın dəyəri 50 manat və 50 manat olmaqla, ümumilikdə 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə aparılmış ekspertizaların dəyəri olan 100 manat Cavabdeh1 MTK-ya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın, A blokunun birinci mərtəbəsində iddiaçı X6 məxsus olan 155 kv.m, 100 kv.m və 80 kv.m qeyri-yaşayış sahəsinə əvvəllər mövcud olmuş və sonradan şüşəbənd vasitəsilə bağlanmış giriş-çıxış yolu cavabdeh Mars-A» Mənzil Tikinti Kooperativinin vəsaiti hesabına şüşəbənd sökülməklə bərpa edilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Mars-A» Mənzil Tikinti Kooperativindən tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar