Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-372/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası xx.xx.1943-cü il təvəllüdlü X3 20 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.1943- cü il tarixdə Bakı şəhərində doğulmuşdur. O, uzun müddət ürək xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2020-ci il tarixdə X5 yaşadığı ünvan 1 ünvanında qəfil vəfat etmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhəri Təcili və X2 Stansiyasının 3 saylı Bölməsinin həki gəlmiş və onun ölümünü qeydə almışlar. Tibbi ekspertizadan rəy alınmadan X5 müsəlman adətləri ilə xx.xx.2020-ci il tarixdə “Qurd qapısı” qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” X1 müraciət etdikdə, ona bildirilmişdir ki, onun ölümünü təsdiq edən müvafiq formada tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər, bu səbəbdən də şəhadətnamənin verilməsi mümkünsüz olmuş, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsini məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahatında ərizəçinin işi ilə əlaqədar xaricdə yaşadığını, atası X5 2020-ci ilin dekabr ayında rəhmət getmiş, atasının yas mərasiminə 2-3 gün gecikmiş və daha sonra yenidən işləri ilə əlaqədar xaricə getmiş, daha sonra isə Azərbaycana qayıtdıqda atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Asan xidmətdə yerləşən qeydiyyat şöbəsinə getmiş, lakin müddət keçdiyindən imtina cavabı verilməklə məhkəməyə müraciət olunması söylənilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında ərizəçiylə ailəvi dost olduqlarını və həmçinin iş yoldaşı olduğunu, atasının uzun sürən xəstəlikdən əziyyət çəkdiyini, yataq xəstəsi olduğunu, baxıcısının ona zəng etdiyini və mərhumun halının yaxşı olmadığını bildirmiş, daha sonra isə özü Ərizəçi zəng edərək ona bu barədə məlumat vermişdir. Mərhumun Heydər məscidində yuyulduğu və həmin günü orada qaldığını daha sonra isə Qurd Qapısında həyat yoldaşının yanında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında ərizəçinin iş yoldaşı olduğunu, atasının yataq xəstəsi olduğunu, dəfnində iştirak etdiyini, məscidə gedərək götürdüklərini, Qurd Qapısında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. İş materiallarında olan AZ-İİİ seriyalı, 551335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 29 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında Məmməd-zadə Janna Rüstəm qızı qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 3 saylı X10 Stansiyası xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanına xəstə X5 ilə bağlı çağırılmış, 23:22-də ünvana çatmışdır. Çatdıqda həkiməqədər ölüm baş vermiş və kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin atası olmuşdur. uzun müddət ürək xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2020-ci il tarixdə X5 yaşadığı ünvan 1 ünvanında qəfil vəfat etmişdir. xx.xx.2020-ci il tarixində Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1943-cü il təvəllüdlü X3 20 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 dekabr 1943-cü il təvəllüdlü X3 20 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-372/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-372/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver