Məhkəmə qərarları › İş №2(009)-389/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-389/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-389/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (3 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası 1933-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, anası 1933-cü il təvəllüdlü X1 rayonundan məcburi köçkün olmuş və 1993-cü ildən bu günə kimi Bakı şəhəri Səbail rayonu 20-ci sahədə məskunlaşmışdır. X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Onlar həmin vaxt təcili X11na müraciət etmişlər və Bakı şəhəri Təcili X11nın 19 saylı Bölməsinin həkimləri anasının yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi 27 saylı evə gələrək anasının ölümü haqqında müayinə aparmışlar. Bundan sonra onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Onlar analarını Füzuli rayonu, Qazaxlar kənd qəbristanlığında dəfn etmişlər. Bakı şəhərinə qayıtdıqdan sonra X2nın ölümü haqqında tibbi şəhadətnamə almaq üçün Bakı şəhəri 33 saylı Şəhər poliklinikasına müraciət etmişlər. Lakin anası 33 saylı şəhər poliklinikasında qeydiyyatda olmadığı üçün ona tibbi şəhadətnamə verilməmişdir. Bundan sonra o, 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, ancaq Qeydiyyat şöbəsi tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. Hesab edir ki, anası 1933-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs 3 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, qeyd edilən ünvanın nümayəndəliyin dislokasiyasına daxil olmadığı bildirilmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 05259072 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 1933-cü il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində anadan olmuş, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatdadır. İş materiallarında olan Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan X13 X11 19 saylı Yardımçı Stansiyasının xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə xəstə X4 X15 üçün çağırış qəbul olunmuş ünvan 2 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi qadın olan meyit aşkar olunmuşdur. İş materiallarında olan 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 6 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə xəstə X8 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 nömrəli Şəhər Poliklinikasında tibbi qeydiyyatı olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 5 nömrəli əmrinə müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan 3 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən X7 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1902/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən Şöbəmizə təqdim edilmədiyi üçün X3 ölümünün qeydə alınması imkanları xaricindədir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, 1933-cü il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində doğulmuş X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 1933-cü il təvəllüdlü X2nın xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 1933-cü il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində doğulmuş X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1933-cü il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində doğulmuş X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar