Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-395/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi ilə Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi işə cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1040-cı il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1940-cı il təvəllüdlü X3 onun atasıdır. O, 78 yaşında 20 oktyabr 2018-ci il tarixində saat 16:43 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov 27 A blok 2 ünvanında evə girişdə vəfat etmişdir. Dərhal hadisə yerinə Təcili və Təxirəsalınmız Tibbi yardım Stansiyası gəlmiş və atsının meyidi təhvil alınmışdır. Daha sonra atasını elə həmin gün yəni xx.xx.2018-ci il tarixində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn etmişlər. Bu hal Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli 1016 saylı arayışla da öz təsdiqini tapır. Həmçinin atasının qəbirinin 2 ədəd fotoşəklini də əlavə müvaftq s übut qismində əlavə olunur. Ölüm haqqında arayışın verilməsi üçün mərhüm atasının qeydiyyatda olduğu 1 saylı şəhər poliklinikasına da müraciət etmiş, lakin poliklinika onun müracəitinə heç bir cavab verməmişdir. Müraciəti xx.xx.2020-ci il tarixində olmuşdur. Müraciətinin göndərilməsini təsdiq edən mətnin surətini həmçinin müraciətin çatdırılmasını təsdiq edən qəbzin də əslini məhkəməyə təqdim edir. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin xx.xx.2020-ci il tarixli imtina məktubu ilə ona bildirildi ki, ölüm haqqında arayış olmadığı üçün bu iş məhkəmə qaydasında həll edilməlidir. Qeyd edir ki, ölüm faktının müəyyən edilməsi ona mərhum atasının qeydiyyatda olduğu Bül-bül prospekti ev 11 mənzil 14 ünvanında evdən qeydiyyatdan çıxarılması üçün lazımdır. Belə ki, artıq həmin ünvanda yaşamırlar və həmin mənzilin satılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və etibarnam ə üzrə nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-1088/15 saylı məktubdan görünür ki, ona X1 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Təcili və X4 Stansiyasının xx.xx.2018-ci il tarixxli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 2 saylı Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2018-ci il tarixdə 16:43 radələrində Bakı şəhəri, A.Cəlilov küçəsi, 27 a, blok 2 ünvanında olarkən orada 78 yaşlı X5 adlı kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1016 nömrəli arayışa əsasən X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi qızı, xx xxxx 1974-cü ildə anadan olmuş, atası X5, anası isə X2r. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, Bül-Bül prospekti, ev 11, mənzil 14 qeydiyyatdadır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyətində olan mənzilin satılması zamanı onun həmin ünvanda qeydiyyatda olması ilə yaranan maneənin aradan qaldırılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1940-cı il təvəllüdlü X10 Əli oğlu 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-395/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-395/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver